Accessibility links

Ukrayna qoşunları Xarkiv şəhərini geri alıb


Ukrayna hərbçiləri Xarkovun şimalında yenicə geri alınan kəndin yaxınlığındakı meşə ilə yeriyir, 15 may 2022-ci il
Ukrayna hərbçiləri Xarkovun şimalında yenicə geri alınan kəndin yaxınlığındakı meşə ilə yeriyir, 15 may 2022-ci il

Ukrayna bazar ertəsi xəbər verib ki, qüvvələri əks-hücum nəticəsində Xarkiv vilayətindəki rus qoşunlarını geri çəkib. Ukrayna qüvvələri Rusiya sərhədinə qədər çata bilib.

Müdafiə Nazirliyi sərhəddəki əsgərlər tərəfindən çəkilən videonu paylaşıb. Videoda bir əsgər Ukrayna prezidenti Volodimir Zelenskiyə "Biz buradayıq" deyib.

Rəsmi qurumlardan hələ ki, məsələ ilə əlaqədar təsdiq gəlməyib.

Ölkənin ikinci böyük şəhəri Xarkvdə Rusiya qüvvələrini dəf etdikdən sonra Ukrayna qüvvələri bölgədəki əraziləri də geri alıb. Donbas bölgəsinə diqqət yeriməyə çalışan Rusiya qüvvələri, həmçinin İzyumdakı döyüş bölgəsindən də sıxışdırılmağa çalışılıb.

Bazar ertəsi Zelenskinin müşaviri Mixaylo Podolyak Tvitter hesabında yazıb ki, "Kremlin Kyivi, Xarkivi, Odessanı və sonra ən azı Donetsk və Luhansk vilayətlərini ələ keçirmək arzusunda idi. Hazırda qüvvə çatışmazlığı səbəbindən Rusiya qoşunları Luhansk bölgəsində cəmləşib. Biz imperiya eqoizminin müalicəsini davam etdiririk və Moskvanı reallıqla üz-üzə qoyuruq".

Digər tərəfədən Prezident Zelenski bazar günü axşam saatlarında yayımladığı videomüraciətində ordunun Donbas və Ukraynanın cənubundakı rus ordusuna yeni hücumlara hazırlaşdığını bildirib.

"İşğalçılar hələ də çıxılmaz vəziyyətdə olduqlarını və onların "xüsusi əməliyyatı"nın artıq iflasa uğradığını etiraf etmək istəmir" - deyə, Zelenski bildirib.

Bu arada Rusiya Finlandiya və İsveçin Qərbin hərbi alyansı NATO-ya qoşulduqları təqdirdə"uzunmüddətli nəticələr"lə üzləşəcəyi barədə xəbərdarlıq edib.

Rusiya xəbər agentlikləri xarici işlər nazirinin müavini Serqey Ryabkova istinadən bildirib ki, hərbi gərginliyin ümumi səviyyəsi artacaq, Finlandiya və İsveçin təhlükəsizliyi yaxşılaşmayacaq".

"Biz buna dözüm göstərəcəyimiz barədə onların heç bir illüziyası olmamalıdır" - deyə, Ryabov bildirib.

Finlandiya prezidenti Sauli Niinisto və baş nazir Sanna Marin bazar günü Helsinkidəki prezident sarayında NATO-ya üzvlüklə bağlı təkliflərini açıqlayıb.

"Bu, tarixi bir gündür" deyən Niinisto bildirib ki, "Yeni dövr başlayır."

İsveçin iki əsrlik hərbi tərəfsizliyinə son qoyaraq alyansa daxil olmağa çalışacağı gözlənilir. Ölkə hakimiyyəti əvvəlcə alyansa üzv olmağa qarşı olsa da, bazar günü bu fikirdən daşınıb.

XS
SM
MD
LG