Accessibility links

Ukrayna Rusiyanın döyüş təyyarələrini vurub


Ukrayna Prezidenti Volodimir Zelenski gündəlik müraciətində cümə günü Ukraynanın Xerson bölgəsində Rusiyanın üç döyüş təyyarəsini vuran hava qüvvələri pilotlarına təşəkkür edib.

Zelenski əsgərlərə minnətdarlıqlarını ifadə edərək, “Qoy hər bir rusiyalı pilot bizim hər bir rus qatilinə cavabımızdan xəbərdar olsun - onların heç biri cəzasız qalmayacaq” deyib.

Rusiya pilotları və ekipaj üzvlərinin aqibəti dərhal məlum deyil.

Böyük Britaniyanın Müdafiə Nazirliyi cümə günü Ukrayna ilə bağlı gündəlik kəşfiyyat məlumatında bildirib ki, Ukrayna və Rusiya qoşunları yerdə başqa cür düşmənlə üz üzədirlər – “cəbhə xəttinin bəzi sektorlarında müstəsna səviyyədə siçovul və siçanların istilası.”

Nazirlik bildirib ki, gəmiricilər “ehtimal ki,” maşınlar və müdafiə mövqelərinə sığınacaqlar ki, bu da əsgərlərin əhval-ruhiyyəsinə təsir edə bilər.”

Hesabatda deyilir ki, gəmiricilərin sayında artım çox güman ki, “döyüşlər səbəbilə əkilib-biçilməyən tarlalarda çox sayda məhsulun olması ilə birlikdə” bu il payız mövsümünün mülayim keçməsinin nəticəsidir.

Britaniya nazirliyi bildirib ki, gəmiricilər İkinci Dnüya müharibəsi zamanı eyni bölgədə etdikləri kimi, hərbi texnikanın kabellərini gəmirə bilər.

Nazirlik bildirib ki, təsdiqlənməyən məlumatlara görə, rus əsgərləri artıq artan sayda xəstəlik halları yaşamağa başlayırlar ki, onlar buna görə gəmiriciləri günahlandırır.

Forum

XS
SM
MD
LG