Accessibility links

ABŞ Rusiyanın müdafiə sənayesi və qızıl idxalına yeni sanksiyalar tətbiq edib


ABŞ iyunun 28-də Rusiyanın daha 70 qurumuna sanksiyalar elan edib. Budəfəki sanksiyaların hədəfində Rusiyanın müdafiə firması olan Rostec də daxil olmaqla, daha 29 nəfər var. Rəsmi Vaşinqton bu sanksiyaların məqdəsinin "Rusiyanın silah inkişaf etdirmə və yerləşdirmə qabiliyyətinin ürəyinə zərbə" olduğunu bildirir.

Rusiya qızılının idxalını da qadağan edən yeni sanksiyalar ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) tərəfindən elan edilib və bu həftə Yeddilik Qrupunun (G7) sammiti zamanı əldə edilmiş razılaşmaları həyata keçirir.

Maliyyə naziri Canet Yellen verdiyi açıqlamada bildirib ki, ABŞ Rusiyanın Ukraynaya qarşı müharibəsinə cavab olaraq əlavə sərt sanksiyalar tətbiq etmək üçün tərəfdaşları və müttəfiqləri ilə işləmək öhdəliyini bir daha təsdiqləyir.

"G7 üzvlərinin bu həftə geniş, çoxtərəfli öhdəlikləri və addımları Rusiya Federasiyasının öz ordusu üçün kritik olan texnologiyaya çıxışını qarşısını bir daha kəsdi" deyən Yellen əlavə edib ki, "Rusiyanın müdafiə sənayesini hədəf almaq Putinin imkanlarını aşağı salacaq, onun onsuz da pis əhval-ruhiyyə, pozulmuş təchizat zəncirləri və logistika uğursuzluqları ilə üzləşmiş müharibəsinə daha da mane olacaq".

Rostec-ə iyunun 28-də elan edilmiş sanksiyalar dövlət aerokosmik və müdafiə qurumlarına qarşı əvvəllər elan edilmiş sanksiyalara əsaslanır.

Nzirlik bildirib ki, Rostec-in "idarəetmə çətirinə müxtəlif sektorlar üzrə 800-dən çox müəssisə daxildir". Rostec-in 50 və ya daha çox faizinə sahib olduğu bütün qurumlar bloklanıb. Buraya Rusiyanın MiQ və Sukhoi qırıcı təyyarələrinin istehsalçısı olan Birləşmiş Təyyarə Korporasiyası da daxildir. Nazirlik bunun "Rusiyanın Ukraynaya hava hücumunu davam etdirmək imkanlarını zəiflətmək" məqsədi daşıdığını bildirib.

XS
SM
MD
LG