Accessibility links

Zelenski Ukrayna xalqını təmkinli olmağa çağırıb


Ukrayna Prezident Volodimir Zelenski ölkə əhalisini təmkinli olmağa və birliyə çağırıb. O bildirib ki, höküməti və dünya liderləri Rusiyanın mümkün müdaxiləsinin qarşısını almaq üçün səylər göstərir.

Zelenski fevralın 1-də parlamentdə çıxışı zamanı deyib ki, “Heç kim bizim arxamızda Ukraynanın taleyini həll etmir”. O həmçinin əlavə edib ki, tezliklə Ukrayna, Rusiya, Fransa və Almaniyanın daxil olduğu Normandiya formatı qrupunun növbəti iclasının tarixinin müəyyən olunacağına ümid edir.

"Biz yaxın gələcəkdə Berlində müşavirlərin növbəti görüşünün tarixini müəyyən etmək üzərində fəal iş aparırıq. Ümid edirəm ki, Normandiya dördlüyü liderlərinin görüşü ilə bağlı razılıq əldə olunacaq" - deyə Zelenski bildirib.

Ukrayna prezidenti eyni gündə ölkənin silahlı qüvvələrinin sayının üç il ərzində 100 minə qədər artırılması və hərbiçilərin maaşlarının artırılması ilə bağlı fərman imzalayıb.

Zelenski çıxışı zamanı həmçinin 80 ölkə və beynəlxalq təşkilatın nümayəndələri ilə danışıqlar apardığını, onun sözlərinə görə, Rusiya ilə davam edən qarşıdurmada Ukraynanı birtərəfli qaydada dəstəklədiyini bildirib.

Bu arada, yanvarın 31-də ABŞ administrasiyasının üç rəsmisi Rusiyanın ABŞ-ın təkliflərinə yazılı cavab göndərdiyini bildirib. Lakin fevralın 1-də Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko RIA Novosti dövlət xəbər agentliyinə verdiyi açıqlamada cavabın göndərilməsini təkzib edib.

Bundan əvvəl Rusiya ABŞ və NATO-dan Ukraynanın heç vaxt bloka qoşulmayacağına, alyansın Rusiya sərhədləri yaxınlığında silah sistemləri yerləşdirməsinin dayandırılacağına və qüvvələrinin Şərqi Avropadan geri çəkiləcəyinə dair qanuni qüvvəsi olan qarantiyalar tələb etmişdi. Tələbləri qəbuledilməz hesab edən NATO və Vaşinqton Moskvaya onlarla bağlı yazılı cavab verib.

RIA Novosti Rusiya Xarici İşlər Nazirliyinin adı açıqlanmayan yüksək səviyyəli diplomatına istinadən bildirib ki, Lavrov Blinken də daxil olmaqla qərbli həmkarlarına “təhlükəsizliyin bölünməzliyi prinsipi” barədə mesaj göndərib və əlavə edib ki, bu, Vaşinqtonun təkliflərinə cavab deyildi.

Dünyaya Baxış

Dünyaya Baxış. Qəzza Zolağında "kövrək" atəşkəs davam edir
please wait

No media source currently available

0:00 0:11:01 0:00
XS
SM
MD
LG