Accessibility links

Ukrayna prezidenti Brüsselə səfər edir


Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın genişmiqyaslı işğala başlamasından bəri ilk dəfə NATO-nun qərargahını ziyarət etmək üçün Brüsselə gedib.

Ukrayna prezidenti orada NATO-nun baş katibi Yens Stoltenberq və ABŞ-ın müdafiə naziri Lloyd Ostinlə danışıqlar aparacaq, həmçinin jurnalistlərlə görüşəcək.

Bu gün Brüsseldə Ukraynanın müttəfiqlərinin Ramşteyn formatında görüşü, eləcə də NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin və Ukrayna-NATO Şurasının iclası keçiriləcək.

Bir gün əvvəl Almaniya Müdafiə Nazirliyi Ukraynaya ümumi dəyəri təxminən 1 milyard avro məbləğində yeni, "qış" hərbi yardım paketini elan edib.

Paketə "Patriot" və "IRIS-T" sistemləri, 10 ədəd "Leopard 1A5" tankı, 3 ədəd özüyeriyən "Gepard" zenit sistemi və on 5 zirehli texnika daxil olmaqla, hava hücumundan müdafiə sistemləri də daxildir.

Britaniyanın müdafiə naziri Qrant Şappsın çərşənbə günü Ukraynaya dəyəri 100 milyon funt sterlinqdən çox olan yeni hərbi yardım paketini açıqlayacağı gözlənilir. Buraya Ukraynanın əsas infrastrukturunu qorumaq üçün minalardan təmizləmə, avadanlıqların saxlanması və müdafiə strukturlarının gücləndirilməsi üçün vasitələr daxildir.

Belçikanın müdafiə naziri Ludivin Dendonderin bildirdiyinə görə, hökuməti 2025-ci ildən etibarən Ukraynaya "F-16" qırıcıları göndərməyə başlayacaq. Dendonder Belçikanın Ukraynaya dəqiq neçə təyyarə göndərmək niyyətində olduğunu açıqlamayıb.

Bundan əvvəl Qərb ölkələri Ukraynaya 50-yə yaxın "F-16" qırıcısı verəcəklərini vəd etmişdi.

Ukrayna ordusu 2024-cü ilin fevralına qədər bu qırıcılarla döyüş uçuşlarına başlamağa ümid edir.

Forum

XS
SM
MD
LG