Accessibility links

Hərbi əsirin öldürüldüyünü göstərən video Ukrayna hakimiyyətinin qəzəbləndirib


Hərbi əsirin öldürüldüyünü göstərən video Ukrayna hakimiyyətinin qəzəbləndirib
please wait

No media source currently available

0:00 0:02:13 0:00

Hərbi əsirin öldürüldüyünü göstərən video Ukrayna hakimiyyətinin qəzəbləndirib

Sosial mediada rus olduğu güman edilən əsgərin ukraynalı hərbi əsiri öldürdüyünü göstərən videonun yayılmasının ardınca Ukrayna rəsmiləri hərbi cinayətlərin araşdırılmasına çağırıb.

Xəbərdarlıq: Bu videoda bəzi izləyicilər üçün narahatedici ola biləcək görüntülər var.

Martın 6-da sosial şəbəkələrdə Rusiya qüvvələrinin Ukraynanın hərbi formasını geyinən silahsız hərbi əsiri səssizcə “Slava Ukraini” deyəndən sonra öldürdüyünü göstərən video yayılıb. Ukrayna hakimiyyəti Beynəlxalq Cinayət Məhkəməsini araşdırma aparmağa çağırır.

Daha sonra Ukraynanın baş prokuroru Andriy Kostin deyib ki, Ukraynada silahsız hərbi əsirin qətli ilə bağlı istintaq başlayacaq.

Ukrayna Silahlı Qüvvələri deyir ki, öldürülən şəxsin snayper Oleksandr Matsievski olduğu güman edilir.

ABŞ ekspertləri deyir ki, video Rusiya qüvvələrinin Ukraynada törətdikləri müharibə cinayətlərinin sübutu ola bilər.

“Müharibə cinayətinin törədildiyinə dair açıq bir sübut var və aydındır ki, bu görüntülər təkcə Beynəlxalq Cinayət Məhkəməsi deyil, həm də bu cinayəti araşdıracaq, həmin ərazidə hansı hərbi birləşmələrin olduğunu, onlara kimin əmr verdiyini müəyyən edəcək Ukrayna məhkəmələri tərəfindən aparılan təhqiqatlara daxil olacaq,” Xarici Əlaqələr Şurasından Deyvid Şeffer deyir.

Ukrayna Baş Prokurorluğunu dəstəkləyən beynəlxalq müstəntiqlər kollektivi olan Mobil Ədalət Komandalarının başçısı, britaniyalı hüquqşünas Veyn Cordaş deyir ki, məhkəmələr törədildiyi iddia edilən hərbi cinayətlərin qanuni olaraq soyqırım kimi təsnif edilə bilib-bilməyəcəyini müəyyən etməlidir.

“Bu, demək olar, şübhəsiz ki, insanlığa qarşı cinayətdir. Yeganə sual bunun soyqırım olub-olmadığıdır ki, bunu dəyərləndirmək bir az vaxt alacaq,” o deyir.

Nyu-York Universitetinin Qlobal Məsələlər Mərkəzinin professoru Cennifer Trahan bu videonunun Rusiyanın Ukraynada hərbi cinayətlərini araşdırmaq üçün beynəlxalq tribunala ehtiyacın olduğunu bir daha vurğuladığına inanır.

“Təcavüz olmasaydı, insanlığa qarşı cinayətlər və ya hərbi cinayətlər olmazdı. Bu dəhşətli videodakı cinayətlər olmazdı, qətllər və başqa zərərlər olmazdı. Bu, bizim bu tribunala nə üçün ehtiyacımızın olduğunu xatırladır,” o bildirir.

Ekspertlər törədilən müharibə cinayətlərinin necə araşdırılmalı və mühakimə olunmalı olduğu ilə bağlı fikir ayrılığı yaşaya bilər. Ancaq edam videosu kimi dəlillər bir növ beynəlxalq təhqiqata ehtiyacın olduğunu göstərir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG