Accessibility links

ABŞ-ın yüksək səviyyəli hərbi zabiti deyir ki, Ukrayna müharibəsi illərlə davam edə bilər


Chairman of the Joint Chiefs of Staff Gen. Mark Milley speaks during a House Armed Services Committee hearing on the fiscal year 2023 defense budget, in Washington, April 5, 2022.
Chairman of the Joint Chiefs of Staff Gen. Mark Milley speaks during a House Armed Services Committee hearing on the fiscal year 2023 defense budget, in Washington, April 5, 2022.

ABŞ-ın yüksək rütbəli ordu zabiti xəbərdarlıq edir ki, Ukraynadakı müharibə illər boyu davam edə bilər. Bu isə dünyanın “daha qeyri-sabit olduğuna və dünya qüdrətləri arasında əhəmiyyətli beynəlxalq münaqişə riskinin azalmaq əvəzinə artdığına” dair narahatlıqlara səbəb olur.

Çərşənbə axşamı Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin önündə ifadə verən Birgə Qərargahlar Rəisi general Mark Milli Rusiyanın Ukraynaya hərbi müdaxiləsini “(onun) 42 illik xidməti ərzində Avropanın və mümkündür dünyanın təhlükəsizliyi və sülhə ən böyük təhlükə” adlandırıb.

“Birləşmiş Ştatlar kritik və tarixi geostrateji dönüş nöqtəsindədir. Biz açıq-aydın stategiya yürütməli, Çin və ya Rusiya ilə müqayisədə birmənalı güc qabiliyyəti ilə sülhü qorumaq” – deyə, o, ABŞ üçün iki potensial əsas hərbi təhlükəyə istinad edərək deyib.

Qanunvericilərin Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya hərbi müdaxiləsinə nəyib əngəl ola biləcəyinə dair suala cavab olaraq Milli deyib ki, yeganə müdafiə yolu ABŞ qüvvələrini ölkəyə yerləşdirmək olardı. Amma o bunu tövsiyyə etmədiyini deyib, çünki bu, Rusiya ilə silahlı münaqişəyə səbəb ola bilərdi.

“Açıq desəm, mən ABŞ qüvvələrinin Ukrayna ərazisinə daxil olmasından başqa nəyində Putini çəkində biləcəyini düşünmürəm. Bu, illərdir onun uzun-müddətli məqsədi olub,” Milli deyib.

Müdafiə naziri Lloyd Austin əlavə edib ki, Rusiyanın tələbləri, o cümlədən Ukraynanın NATO-ya daxil olmasına qadağa və NATO-nun şərq cinahına qoşun və silah yerləşdirməsinə məhdudiyət qoymaq tələbi qəbuledilməzdir.

O və Milli təsdiq edib ki, ABŞ qüvvələri Ukrayna daxilində və ya qonşu Polşada Ukrayna qüvvələrinə təlim keçməsə də, Ukraydan kənarda, o cümlədən Bİrləşmiş Ştatlarda təlim keçirlər.

Austin qanunvericilərə deyib ki, ABŞ Ukrayna ilə “hər gün” danışmağa davam edir və ukraynalılar ABŞ-ın hərbi yardımından, o cümlədən Stinger və Javelin raketlərindən Rusiya qoşunları və silahlarına qarşı effektiv şəkildə istifadə ediblər.

“Biz bu mübarizədə onlara üstünlük verə biləcək şeylər axtarırıq və siz bizim bu şeylərdən bəzilərini göndərməyə başladığımızı görmüsünüz” o deyib.

Austin deyib ki, ABŞ ukraynalılara təlim keçməkdən əlavə, Gürcüstan və Finlandiya kimi NATO üzvü olmayan müttəfiqlərə əlavə hərbi təlim keçməyin yollarını axtarır.

Milli qanunvericilərə bildirib ki, NATO-nun şərq cihanındakı ittifaq üzvləri, o cümlədən Polşa və Rumıniya ABŞ-ın daimi bazalarının yaranmasını “çox istəyirlər.”

“Onlar onları tikəcəklər. Onlar xərcləri ödəyəcəklər,” Milli deyib və əlavə edib ki, ABŞ qüvvələri oraya iki və ya üç illik müddətə göndərilmək əvəzinə “daimi qüvvə mövcudluğunun effektini almaq” üçün “rotasiya edə bilərlər.”

XS
SM
MD
LG