Accessibility links

ABŞ Kyivə daha çox ağır silahlar vəd etdiyi vaxtda Ukrayna müharibəsində ölənlərin sayı artır


İyulun 21-də Kyiv bildirib ki, Rusiya qüvvələri Zaporojye şəhərinin cənubunda yerləşən Nikopol şəhərində yaşayış məntəqəsini atəşə tutub, gecə ərzində azı iki mülki şəxs həlak olub, bir neçə uşaq da daxil olmaqla, doqquz nəfər yaralanıb. Rəsmi Kyiv qeyd edir ki, Ukrayna qüvvələri ölkənin cənub və şərqində işğalçılara qarşı döyüşüb və 100-dən çox düşmən döyüşçüsü öldürülüb.

Ukrayna ordusu həmçinin Rusiyanın quru qoşunlarının irəliləyiş cəhdlərinin uğursuzluqla nəticələndiyi bir vaxtda şərqdə cəbhə xəttində Rusiyanın güclü atəşə tutulduğunu da bildirib.

Ukraynanın qismən işğal olunmuş Zaporojye bölgəsində Rusiyanın təyin etdiyi administrasiya Ukraynanın oradakı nüvə stansiyasına pilotsuz təyyarə ilə zərbə endirdiyini, lakin reaktorun zədələnmədiyini bildirib.

Bu məlumatları müstəqil şəkildə yoxlamaq mümkün olmayıb.

Bu arada Britaniya hərbi kəşfiyyatı iyulun 21-də bildirib ki, Rusiya qüvvələri və Moskvanın dəstəklədiyi separatçılar şərqdə cəbhə xətti boyunca kiçik miqyaslı hücumlara cəhd etməkdə davam edirlər.

Britaniya kəşfiyyatı gündəlik bülletenində bildirib ki, Moskvanın kritik milli infrastrukturun ələ keçirilməsinə üstünlük verdiyi görünür və Rusiya qüvvələrinin Donetskdən təxminən 50 kilometr şimal-şərqdə yerləşən Vuhlehirskada Ukraynanın ikinci ən böyük elektrik stansiyasına yaxınlaşması ehtimalı var.

XS
SM
MD
LG