26 yanvar, 2022
* Çərşənbə günü Parisdə Rusiya, Ukrayna, Almaniya və Fransadan nümayəndələrin arasında gərginliyi azaltmaq məqsədilə diplomatik danışıqlar aparılır. Gələn həftəyə də ələvə danışıqlar planlaşdırılıb. Fransa və Rusiya prezidentlərinin arasında cümə gününə danışıqlar təyin olunub.
* Kremlin sözçüsü Dmitri Peskov çərşənbə günü bildirib ki, Rusiya Prezidenti Vladimir Putinə qarşı sanksiya tətbiq etmək “dağıdıcı” olacaq.
* Rusiya çərşənbə günü gələn ay Belarusda keçiriləcəyi planlaşdırılan təlimlərdən öncə oraya əlavə qüvvə və hərbi avadanlıq yerləşdirir.
* Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə axşamı televiziyada yayımlanan çıxışında insanları sakit olmağa və “beyinlərinizi yalanlardan, həyatını panikadan” qorumağa çağırıb.
* ABŞ rəsmiləri Rusiyanın Avropaya tədarük etdiyi təbii qazın potensial kəsilməsinin təsirlərini yumşaltmağa çalışır.
* Birləşmiş Ştatlar çərşənbə axşamı bildirib ki, əgər Rusiya Urkraynaya hərbi müdaxilə etsə, bunun iqtisadi nəticələri, o cümlədən “yeni ixrac nəzarətləri” və Rusiya Prezidenti Vladimir Putinə qarşı mümkün sanksiyalarla üzləşəcək.
* Rusiya çərşənbə axşamı ABŞ-ın şərqi Avropaya göndərilmək üçün 8500 qoşunu hazır vəziyyətə gətirməsini “böyük narahatlıqla” izlədiyini bildirib.
* Qərb Rusiyanın qoşun və silahlarını Ukrayna sərhədindən geri çəkməsini tələb edir, Moskva isə NATO-nun Şərqi və Mərkəzi Avropada əməliyyatlarını azaltmasına çağırıb. Rusiya həmçinin israr edir ki, Qərbin müdafiə alyansı Ukraynanın üzvlük iddiasını rədd etsin. Birləşmiş Ştatlar isə bunun mümkün olmadığını deyir.
* ABŞ və Ukraynanın təxminlərinə əsasən, Rusiya Ukrayna ilə sərhədində, o cümlədən Belarus və işğal altında olan Krımda 127 minə yaxın qoşun toplayıb.