Accessibility links

Ukrayna-Rusiya böhranında son durum


Rusiya və Ukrayna arasındakı münaqişədə son durum:

* NATO Baş katibi Yens Stoltenberq ABŞ-ın Avropaya əlavə qoşun göndərməsini alqışlayıb, Rusiyanı Ukrayna böhranını de-eskalasiya etməyə çağırıb və bildirib ki, NATO diplomatik həll yolu tapmağa hazırdır.

* Kremlin sözçüsü Dmitri Peskov cümə axşamı müxbirlərə bildirib ki, ABŞ-ın qoşun göndərməsi regionda gərginliyi artırır.

* Rusiya ilə Ukrayna arasında vasitəçi rolunu oynamağı təklif edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar üçün Kyivi ziyarət edib.

* Ağ Ev çərşənbə axşamı bildirib ki, ABŞ Prezidenti Co Bayden və Fransa Prezidenti Emmanuel Makron diplomatik səyləri koordinasiya etməyi müzakirə edib və “Ukraynanı işğal etdiyi təqdirdə Moskvaya iqtisadi sanksiyalar tətbiq etməyi planlaşdırır.”

* Norveç Qaçqın Şurası xəbərdarlıq edib ki, Ukraynanın şərqində eskalasiya edən münaqişə təxminən 2 milyon insanın yardımdan asılı olduğu regionda humanitar vəziyyəti daha da pisləşdirib.

* Pentaqon çərşənbə günü Rusiya-Ukrayna gərginliyi zamanı Almaniyadan Rumıniyaya 1000 qoşun göndərdiyini və Almaniya və Polşaya da təxminən 2000 əsgər göndərəcəyini bildirib. Bundan əlavə Birəşmiş Ştatlarda əlavə 8500 hərbi personal yüksək hazırlıq vəziyyətindədir.

* Qərb Rusiyadan Ukrayna ilə sərhəddən qoşun və silahlarını geri çəkməsini tələb edir, Moskva isə NATO-nu Şərqi və Mərkəzi Avropadakı əməliyyatlarını məhdudlaşdırmağa çağırır. Rusiya həmçinin təkid edir ki, Qərbin müdafiə alyansı Ukraynanın üzvlük təklifini rədd etsin, Bİrləşmiş Ştatlar isə bunu “qeyri-mümkün” adlandırır.

* ABŞ və Ukraynanın təxminlərinə əsasən, Rusiya Ukrayna ilə sərhədində, o cümlədən Belarus və işğal altında olan Krımda 127 min qoşun cəmləşdirib.

Dünyaya Baxış

Dünyaya Baxış. MAQATE Zaporojye AES-də nüvə təhlükəsi olmadığını bildirir
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG