Accessibility links

Ukrayna-Rusiya böhranında son durum


Rusiya və Ukrayna münaqişəsində son hadisələr:

* Rusiya Ukrayna sərhədi yaxınlığında hərbi təlimləri başa vuran qüvvələrin geri çəkilməsinin vaxt aparacağını bildirib.

* ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi jurnalistlərə bildirib ki, son günlər Rusiya Ukrayna sərhədi yaxınlığına 7000-ə qədər hərbçi əlavə edib.

* Ukrayna qüvvələri və Rusiyanın dəstəklədiyi separatçılar bir-birini Ukraynanın şərqində atəşkəs xətti boyunca atəş açmaqda ittiham edib.

* Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Avropada təhlükəsizliklə bağlı narahatlıqlar barədə ABŞ-ın məktubuna yazılı cavab verəcək.

* Qərb Rusiyadan qoşunlarını və silahlarını Ukrayna sərhədindən çıxarmağı tələb edir, Moskva isə NATO-nun Şərqi və Mərkəzi Avropadakı əməliyyatlarını məhdudlaşdırmağa çalışır. Rusiya həmçinin bildirir ki, Qərb müdafiə alyansı Ukraynanın NATO-ya üzvlük cəhdini rədd etməlidir, Birləşmiş Ştatlar bu addımı “imkansız” adlandırır.

XS
SM
MD
LG