Rusiya və Ukrayna münaqişəsində son hadisələr:
* Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiyaya qarşı sanksiyaları artırmağa çağırır: “İndi Putini dayandırmaq üçün təzyiqləri gücləndirmək lazımdır. Rusiya iqtisadiyyatını və Putinin ətrafını vurmaq lazımdır. Daha çox vurmaq. Güclü vurmaq və bunu indi etmək."
* Ukrayna ordusu Luqanskda rusiyapərəst separatçıların atəşə tutulması nəticəsində bir ukraynalı əsgərin həlak olduğunu, altısının isə yaralandığını bildirib.
* Ukrayna Təhlükəsizlik Şurası parlamentin təsdiqindən sonra 30 gün davam edəcək fövqəladə vəziyyət rejimini təsdiqləyib.
* Rusiya prezidenti Vladimir Putin diplomatiyaya hər zaman açıq olduğunu, lakin Rusiyanın maraqları və vətəndaşlarının təhlükəsizliyi ilə bağlı güzəştə getməyəcəyini bildirib.
* Yaponiya və Avstraliya Rusiyanın qonşu Ukraynadakı addımlarına cavab olaraq, ABŞ, Avropa İttifaqı, Kanada, Britaniya və Almaniyaya qoşularaq, Rusiyaya qarşı sanksiyalar elan edib.
* ABŞ dövlət katibi Antoni Blinken Rusiyanın xarici işlər naziri Sergey Lavrovla planlaşdırılan danışıqların Rusiyanın “diplomatiyadan tamamilə imtina etdiyini açıq şəkildə bildirməsindən” sonra dayandırıldığını söyləyib.
* ABŞ prezidenti Co Bayden çərşənbə axşamı Rusiyanın iki böyük maliyyə qurumuna qarşı sanksiyaların tətbiq ediləcəyini və Rusiya hökumətinin dövlət borclarında Qərbin maliyyələşməsindən faydalana bilməyəcəyini açıqlayıb.
* Bayden, həmçinin Avropanın başqa yerlərindən piyada qoşunlarının və hava dəstəyinin Rusiya sərhədlərinə yaxınlaşmasını əmr edib, çünki region mümkün qarşıdurma üçün hazır olmalıdır.
* Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə axşamı Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan hərbçilərini çağırıb, lakin ümumi səfərbərliyi istisna edib.
* Qərb Rusiyadan qoşunlarını və silahlarını Ukrayna sərhədindən çıxarmasını tələb edir, Moskva isə NATO-nun Şərqi və Mərkəzi Avropadakı əməliyyatlarını məhdudlaşdırmağa çalışır. Rusiya, həmçinin bildirir ki, Qərb müdafiə alyansı Ukraynanın NATO-ya üzvlük cəhdini rədd etməlidir, Birləşmiş Ştatlar bunu “imkansız” adlandırır.