Accessibility links

Ukraynanın qadın əsgərləri


Ukraynanın qadın əsgərləri
please wait

No media source currently available

0:00 0:03:14 0:00

Ukraynanın qadın əsgərləri

Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, qadın əsgərlər və zabitlər Ukrayna ordusunun təxminən 15 faizini təşkil edir. 2014-cü ildən bəri 30 mindən çox ukraynalı qadın döyüş veteranı olub. Rusiyanın işğalından sonra bu rəqəmlər artıb.

Ukraynada müharibənin birinci günü kyivli sahibkar, kiçik leytenant Yevgenya Emerald Ukraynanın Ərazi Müdafiəsinə qoşulub və bir neçə gündən sonra Ukrayna Ordusu Xüsusi Alayının zabiti olub. “Mən 2014-cü ildə, Ukraynada hərbi əməliyyatlar başlayanda orduya qoşulmaq istəyirdim. Amma o vaxt mənim balaca uşağım var idi. Bu dəfə müharibə başlayanda mən tərəddüd etmədim. Hazırda başqa bir şey edəcəyimi təsəvvür edə bilmirəm”.

Yarina Çornohuz son iki ildir Ukrayna Silahlı Qüvvələrində tibb işçisi olaraq çalışır. “Mən orduya qismən qoşuldum, ona görə ki, həmişə bunu etmək istəmişəm. Lakin qatıla bilmədim, çünki 2014-cü ilin aprelin 14-də uşağım oldu. 2020-ci ilin yanvar ayında sevgilim vəzifəsini yerinə yetirərkən həlak oldu. Ona görə də onun xatirəsinə orduya qoşulmaq qərarına gəldim”.

Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, 2021-ci ilin sonuna qədər Ukrayna silahlı qüvvələrində 32 minə yaxın qadın olub.

Katerina Primak Ukrayna Veteran Qadınlar Hərəkatının həmtəsisçisidir. Yeddi ildən artıqdır ki, o, silahlı qüvvələrdə qadınların hüquqları uğrunda mübarizə aparır. Lakin onun sözlərinə görə, bütün səylərinə baxmayaraq, qadınlar çox vaxt orduda kişilərlə bərabər hüquqlara malik olmur. “Əgər qadın orduda xidmət edirsə və onu evdə uşağı və əri gözləyirsə, təsəvvür edə bilərsiniz ki, qadının istənilən peşəni seçmək hüququ olsa da, daha ənənəvi cəmiyyət belə qadın haqqında nə deyəcək? Ya ər, ya da arvad hərbi xidmətdə ola bilər” - deyə, Katerina bildirir.

Üstəlik qadınlar kişi həmkarlarının hörmətini qazanmaq üçün iki dəfə çox çalışmalı olduqlarını deyirlər. Yevgenya Emerald: “Düzünü desəm, iki həftə çox çətin keçdi. Amma indi öz zəhmətim və əzmkarlığımla özümü sübut etdim və uşaqlar məni tam qəbul edir. Bilirsiniz, onlar indi mənim üçün ailə kimidir”.

2014-cü ildən, Donbas bölgəsində səkkiz ildir başlayan hərbi əməliyyat ərzində ordu sıralarlna qoşulan qadınların sayı xeyli artıb. Və Ukrayna Veteran Qadın Hərəkatı təhlükəsizlik və müdafiə sahələrində gender bərabərliyində əhəmiyyətli irəliləyiş əldə edib. Katerina Primak: “İndi qadınlara bərabərhüquqlu kimi baxılır. Onlara hüquqlra sahib insanlar kimi yanaşırlar. Bu, çox böyük addımdır. Əvvəllər heç kim orduda cinsi zorakılıq və ya təcavüz haqqında danışmırdı və indi bu mövzu tabu olmaqdan çıxıb. Biz bunun üzərində işləyirik”.

Onun sözlərinə görə, hazırda ən aktual problem hər ikisi, həm kişilər, həm də qadınlar üçün kifayət qədər silah və dərmanın olmamasıdır. O, qərb müttəfiqlərini ölkəsinə yardım etmək üçün əllərindən gələni etməyə çağırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG