Accessibility links

Ukraynada etirazlar vüsət alıb [Fotoqalereya]


Ukraynada prezident Viktor Yanukoviçin Avropa İttifaqı ilə ticarət razılığını imzalamaması haqda qərarına etiraz olaraq aksiyalar davam etdirilib. Yüz minlərlə insanın iştirak etdiyi nümayişdən bir gün sonra, bu gün səhər tezdən Kiyevdəki hökumət evinin girişini bağlayan yüzlərlə insan prezidentin və onun hökumətinin istefasını tələb edib.

Muinlərlə nümayişçi gecəni Kiyevin Valeri Danilenko meydanında qurduqüları çadırlarda keçirməyi qərara alıb.

Ölkənin parlament spikeri Volodimir Rıbak Ukrayna televiziyası ilə çıxışı zamanı hökumətlə müxalifət arasında bazar ertəsi danışılqar akeçiriləcəyini deyib. O, eləcə də, prezidentin fikirlərini dinc yolla ifadə edən nümayişçiləri dəstəklədiyini bildirib.

Ukrayna müxalifətinin lideri Arseniy Yatsenyuk isə mətbuat konfransı zamanı deyib ki, qarşıdurmaya yalnız erkən seçkilər son qoya bilər.

Rusiya ilə möhkəm əlaqələrin davam etdiriləcəyini bəyan edən Ukrayna prezidneti Viktor Yanukoviç Avropa Birliyi ilə ticarət razılığını keçən həftə Litvanın paytaxtı Vilnüs sammitində imzalanmalı idi.
XS
SM
MD
LG