Accessibility links

Ukraynanın atom elektrik stansiyası ətrafında döyüşlər şiddətlənir


Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti tərəfindən 2022-ci il avqustun 7-də yayımlanan bu foto şəkildə Ukraynanın cənub-şərqində Rusiya hərbçilərinin nəzarətində olan ərazidəki Zaporojya atom elektrik stansiyasının ümumi görünüşü göstərilir.

Ukraynanın Zaporojia atom elektrik stansiyası ətrafında gərginlik yüksək olaraq qalır. Ukrayna rəsmiləri Rusiya qüvvələrini obyekti dəfələrlə raket atəşinə tutmaqda ittiham edərək, nüvə qəzası təhlükəsi yarandığını bildirir.

Ukrayna prezidenti Volodimir Zelenski şənbə günü gecə video müraciətində Ukrayna qüvvələrinin zavoda və ya oradan atəş açan Rusiya qüvvələrini hədəfə alacağını deyib.

“Zavodda atəş açan və ya zavodun arxasında atəş açan hər bir rus əsgəri başa düşməlidir ki, o, bizim kəşfiyyat agentlərimiz, xüsusi xidmət orqanlarımız, ordumuz üçün xüsusi hədəfə çevrilir,” Zelenski bildirib.

Hər iki tərəf Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən az sonra mart ayında ələ keçirdiyi zavodun yaxınlığında bir-birini silahdan atəş açmaqda ittiham etməkdə davam edir.

Stansiyanın operatoru keçən həftə Avropanın ən böyük atom elektrik stansiyası və onun ətrafında raket hücumlarından sonra obyektin radiasiya və yanğın standartlarının pozulması riski qarşısında olduğunu bildirib.

Ukraynanın nüvə enerji şirkəti Energoatom bildirib ki, atışma zamanı azot-oksigen stansiyası, məişət kanalizasiya nasos stansiyası və müştərək yardımçı bina, eləcə də işlənmiş nüvə yanacağı poliqonunun quru anbarının ətrafındakı “üç radiasiya monitorinq sensoru” ciddi zədələnib.”

Şirkət bildirib ki, atom elektrik stansiyasından kənarda yerləşən yanğınsöndürmə məntəqəsi atəşə tutulub. Rəsmilər həmçinin bildiriblər ki, mərminin elektrik transformatoruna dəyməsi ölkənin elektrik şəbəkəsini təhlükə altına alıb.

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri döyüşlər dayandırılmadığı və müfəttişlərin obyektin içərisinə buraxılmadığı təqdirdə "real nüvə fəlakəti riskinin" olduğunu deyib.

Birləşmiş Millətlər Təşkilatı Atom Elektrik Stansiyasına dərhal giriş imkanı verilməsinə çağırır. Ukrayna rəsmiləri bu arada Rusiya qüvvələrinin elektrik stansiyasından Dnepr çayının o biri tayında yerləşən Marhanets şəhərinə 40-dan çox raket atdığını bildirib

XS
SM
MD
LG