Accessibility links

Zelenski Baxmut uğrunda mübarizənin vacibliyini vurğulayıb


Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə axşamı Associated Press agentliyinə müsahibəsi zamanı şərqdəki Baxmut şəhəri uğrunda mübarizənin vacibliyini vurğulayaraq, Ukraynanın oradakı məğlubiyyətinin beynəlxalq ictimaiyyətin və bəzilərinin onun Rusiya ilə güzəştə getməsi üçün təzyiq göstərməsinə gətirib çıxaracağını deyib.

Zelenski bildirib ki, Rusiya qoşunları Ukraynanın bütün ərazisindən çıxarılana qədər Ukrayna Rusiya ilə sülh danışıqlarına getməyəcək. Keçən il genişmiqyaslı işğalına başlayandan bəri Rusiyanın Ukraynanın dörd bölgəsini ilhaq etdiyi barədəki iddiası BMT Baş Assambleyası tərəfindən qeyri-qanuni hesab edilib.

Qərb müttəfiqləri Baxmutu itirmənin bir o qədər əhəmiyyətli olmadığını, Ukraynanın bu itkisinin ümumi münaqişəyə böyük təsir göstərməyəcəyini deyib.

Lakin Zelenski Associated Press-ə deyib ki, mübarizədə hər qarış mühümdür.

Zelenski Associated Press xəbər agentliyinə müsahibəni Ukraynanın şimal-şərqindəki Sumı də daxil olmaqla, qatarla cəbhə xətti boyunca bir neçə bölgəyə gedərkən verib.

"Region düşmənin yaxınlığındadır. Daim təhlükə var. Sərhədimiz davamlı atəşə tutulur. Lakin həyat, xalqımız açıq-aydın bütün qorxulardan güclüdür" - deyə, Zelenski özünün növbəti gecə video-müraciətində bildirib.

Zelenski şiddətli döyüşlərin getdiyi Oxtırka və Trostyanets şəhərlərinin rəsmiləri və sakinləri ilə görüşüb. Associated Press xəbər verir ki, işğaldan qısa müddət sonra Rusiyanın nəzarəti altına keçən Trostyanets 2022-ci ilin martın 26-da Ukrayna qoşunları tərəfindən azad edilib.

O, həmçinin Rusiya sərhədi yaxınlığındakı adı açıqlanmayan yerə gedib və sərhədçilərlə görüşüb.

"Mənim Sərhəd Xidməti-nin rəisi ilə də xüsusi söhbətim olub. Biz Sumın və digər bölgələrimizin müdafiəsi haqqında, ordumuzla birlikdə cəbhədə döyüşən sərhədçilərin gücləndirilməsi barədə danışdıq" Zelenski deyib .

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG