Accessibility links

Zelenski media azadlığını məhdudlaşdıra biləcək mübahisəli qanun layihəsi imzalayıb


Zelenski media azadlığını məhdudlaşdıra biləcək mübahisəli qanun layihəsi imzalayıb
please wait

No media source currently available

0:00 0:04:03 0:00

Zelenski media azadlığını məhdudlaşdıra biləcək mübahisəli qanun layihəsi imzalayıb

Ukrayna prezidenti Volodimir Zelenski keçən ilin sonunda Ukrayna mediasına dövlət nəzarətini genişləndirən mübahisəli qanun imzalayıb. Bəzi tənqidçilər yeni qanunu senzura adlandırır.

Yeni il ərəfəsində Ukrayna prezidenti Volodimir Zelenski hökumətin televiziya və internet portalları da daxil olmaqla, ölkədəki geniş Kütləvi İnformasiya Vasitələri (KİV) üzərində tənzimləmə səlahiyyətlərini genişləndirən qanun layihəsi imzalayıb.

Bəzi tənqidçilərə bunun senzura cəhdi olduğunu deyir. Jurnalistləri Müdafiə Komitəsindən Gülnoza Səid: "Biz hesab edirik ki, prezident Zelenskinin imza atmasından bəri nəzərdən keçirdiyimiz qanun layihəsi hökumətin informasiyanın sərbəst axını üzərində daha da sərt nəzarət tətbiq etmək cəhdidir".

Qanunun müddəalarından biri Ukraynanın Yayım Şurasına media şirkətlərinə ölkədə yayım icazəsi verən lisenziyaları vermək və ya bundan imtina etmək səlahiyyəti verir. Avropa Jurnalistlər Federasiyasından Rikardo Qutyerrez: "Biz inanmırıq ki, bu qanunun təklif etdiyi struktur tamamilə müstəqil tənzimləyici orqanın strukturudur."

Qutyerrez bu qanunun Yayım Şurasının müstəqil məhkəmə nəzarəti olmadan sanksiyalar və cərimələr tətbiq etmək, hətta yayım vasitələrini bağlamaq imkanlarını genişləndirməsi ilə bağlı narahatlığını ifadə edib.

Ukrayna Milli Jurnalistlər Birliyi də Yayım Şurasının müstəqil tənzimləyici kimi deyil, Zelenski hökumətinin göstərişi ilə fəaliyyət göstərəcəyindən narahatlığını bildirib. Sergey Tomilenko: "Media qanunvericiliyinin əsas aspektlərinə milli media tənzimləyicisinin siyasi müstəqilliyi daxildir. Biz tənzimləyicinin bu halda müstəqil olmasını istəyirik".

Hökumət rəsmiləri yeni qanunu müdafiə edərək bildiriblər ki, rusiyayönlü təbliğat da daxil olmaqla, indiyədək KİV-lər istədikləri hər şeyi yayımlaya bilib. Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti nazirinin müavini Taras Şevçenko: "Ukrayna tənzimləyicisi mövcud olduğu müddətin çox hissəsi tamamilə gücsüz olub. Bunu heç kimin heç nə edə bilmədiyi rusiyayönlü telekanalların timsalında da görmək olar. Tənzimləyicinin səlahiyyətləri çox məhdud idi. Tənzimləyicinin səlahiyyətlərinin genişləndirilməsi müstəqilliyin təmin edilməsi üçün zəruri addımdır".

Ukraynalı jurnalistlərin milli media savadını artırmaq üçün yaranan "Detektor Media" qrupunun rəhbəri Natalya Liqaçova şuranın prezidentyönlü olması ehtimalı ilə razılaşır, lakin eyni zamanda yeni qanunda bəzi zəruri islahatların olduğunu deyir. "Qanunun son variantı xeyli yumşaldılıb. Əvvəllər internetdə nəsə yerləşdirən və ya YouTube kanalı, Facebook, Instagram və ya TikTok səhifəsi olan istənilən bloger yeni qanunun təsirinə məruz qala bilərdi. Bu, dəyişdirilib və bu, çox vacibdir".

İki yüz yetmiş doqquz səhifəlik qanun layihəsinin qəbuluna qədər qanunvericilər qanun layihəsinə demək olar ki, min səhifəlik düzəlişlər ediblər. Qanunvericilər media ekspertlərinin xəbərdarlığını dinləyib və qanun layihəsinin ən çox tənqid olunan müddəalarını çıxararaq, medianın tənzimlənməsinə dair yekun qanun layihəsini daha yumşaq edib.

Tənqidçilər dəyişiklikləri qeyd edir, lakin onlar hələ də bunun həqiqətən azad mətbuatın fəaliyyətini zəiflədə biləcəyindən narahat olduqlarını deyir. "Bu gün bizim mövqeyimiz iyul ayına nisbətən daha az radikaldır. Lakin biz hələ də hesab edirik ki, bu qanun ölkədə media azadlığını təmin etmək üçün yetərli deyil" - deyə, Qutyerrez bildirir.

Hökumət rəsmiləri deyirlər ki, media islahatı qanunu Ukraynanın bu yaxınlarda qəbul etdiyi bir neçə qanunvericilikdən yalnız biridir və bütün bunlar Avropa İttifaqına üzv olmaq üçün səylərin bir hissəsidir.

Hökumət rəsmiləri deyirlər ki, media islahatı qanunu Ukraynanın bu yaxınlarda qəbul etdiyi bir neçəqanundan yalnız biridir və bütün bunlar Avropa İttifaqına üzv olmaq üçün göstərilən səylərin bir hissəsidir.

XS
SM
MD
LG