Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə axşamı bildirib ki, Kyiv qışdan əvvəl Qərbi silah tədarükünü artırmağa çağırarkən Rusiya bütün cəbhə xətti boyunca zərbələri gücləndirib.
"Hərbçilər düşmən hücumlarının sayının artdığını bildirir", Zelenski sosial şəbəkələrdə bildirib.
O, həmçinin xəbərdarlıq edib ki, Rusiya qışdan əvvəl Ukraynanın enerji infrastrukturuna qarşı hava hücumlarının sayını artıra bilər.
Zelenski Rusiyanın bir gün əvvəl Xersona iki aylıq uşaq da daxil olmaqla, üç nəfərin ölümü və azı on nəfərin yaralanması ilə nəticələnən zərbələr endirməsini heç bir hərbi zərurəti olmayan qisas adlandırıb.
Noyabrın 13-də Vaşinqtonda Dövlət katibi Antoni Blinken Ukrayna Prezidenti Aparatının rəhbəri Andriy Yermakla görüşüb.
"Qış yaxınlaşdıqca biz Rusiyanın raket terrorunun güclənəcəyini gözləyirik" - deyə, Yrmak bazar ertəsi Telegram kanmalında yazıb.
"Buna görə də bizim təcili olaraq Ukrayna şəhərlərini, mühüm infrastruktur obyektlərini və taxıl dəhlizi marşrutlarını qoruyacaq hava hücumuna qarşı və raket əleyhinə müdafiə sistemlərinə ehtiyacımız var" - deyə, o vurğulayıb.
Daha sonra prezident Co Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın da Yermakla görüşdüyü barədə məlumat verilib.
Ukrayna Prezidenti Aparatının rəhbəri Ukraynada Rusiya hərbçilərinin sayının artdığını bildirib və Kyivə beynəlxalq yardımın vacibliyini bir daha vurğulayıb.
Forum