Accessibility links

Ukrayna ordusunda döyüşən könüllülər 


Ukrayna ordusunda döyüşən könüllülər
please wait

No media source currently available

0:00 0:03:36 0:00

Ukrayna ordusunda döyüşən könüllülər

Minlərlə beynəlxalq könüllü Rusiyanın işğalına qarşı mübarizəyə kömək məqsədi ilə Ukraynaya gedib. Onların çoxu keçmiş hərbçilərdir və onların Ukraynaya gəlmə səbəbləri müxtəlifdir.

Jetmir Hiseni Ukraynada döyüşmək üçün könüllü olan 22 yaşlı albandır. O, Rusiyanın bu yaxınlarda ölkənin qərbindəki Yavoriv hərbi bazasına raket hücumu zamanı hadisə yerində olub və görüntüləri Amerikanın Səsi ilə paylaşıb.

“Rusiya hərbçiləri bizə 30 bomba ilə hücum etdi, 35 nəfər həlak oldu, 134 nəfər yaralandı” - deyə, Jetmir qeyd edib.

Hücumdan ciddi xəsarət almadan sağ çıxan Hiseni iki gün əvvəl Ukraynaya təlimlər üçün getmişdi.

“Hamı itib, indi hara gedə bilərəm, hara gedə bilərəm, hamı çölə çıxandan sonra qaçmaq, qaçmaq, qaçmaq. Bunkerə girdik, özümü və başqalarını qoruduq. Bu, böyük bir fəlakət idi” - deyə, o bildirib.

Hiseni bazanı tərk edərək, gələcəyi ilə bağlı qərar vermək üçün Ukraynadan Polşaya keçib.

"İndi evimə gedirəm. Gəldikdən iki gün sonra 30 bomba, buna hazır deyiləm" - deyə, o əlavə edib.

27 yaşlı keçmiş kolumbiyalı əsgər Martin Rios Ukrayna xalqının müdafiəsinə kömək etmək üçün könüllü olaraq Ukrayna ordusuna yazıldığını deyir.

"Bütün təqaüdçü əsgərlər kimi bir işə yaramaq istəyirik" - deyə, o bildirib.

Rios da Yavoriv hərbi bazasına hücumdan sağ çıxıb. O deyir ki, dünyanın hər yerindən gələn kişi və qadınların böyük qrupunda daha on ispandilli var idi.

“O zaman həqiqətən hərbi təlim və döyüş təcrübəsinin vacibliyini görürsən. Peres xoşbəxtlikdən çıxa bildi. Mən yataqxananı sonuncu tərk edənlərdən biri idim və yataqxanadan çıxan kimi ilk raketi hiss etdim, o da məni gölməçəyə atdı və huşumu itirməmə cəmi bir neçə saniyə qaldı” - deyə, o bildirib.

Riosun sözlərinə görə, təxminən yarım saat davam edən hücum zamanı başqa bir könüllü Sezar Peres bu görüntüləri qeydə alıb.

“Aydındır ki, bu gördüyüm ilk münaqişə deyil. Lakin belə bir həcmdə? Bu, fərqli bir şeydir, sizi hər şeyi düşünməyə vadar edir" - deyə, o əlavə edib.

Könüllülər arasında keçmiş Amerika əsgəri də var. O, ordu sıralarına qoşulmaq üçün Ukrayna paytaxtına gedib və indi öz təcrübəsini bölüşür. Təhlükəsizlik üçün üzünü göstərməməyə üstünlük verir.

“Əgər hərbi təcrübəniz yoxdursa, gəlməməli idiniz, çünki bu, təhlükəlidir və burada olan insanları da təhlükəyə ata bilərsiniz” - deyə, o bildirib.

Evə qayıdan iki könüllü isə çox kömək etmək istəsələr də, indi yalnız ailələri ilə yenidən olmağı səbirsizliklə gözləyirlər.

Bayden isə Ukrayna ilə bağlı növbəti addımları koordinasiya etmək üçün Avropaya yollanır.

XS
SM
MD
LG