Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən təxminən iki in sonra Ukraynada hərbi həkimlər səngərlərdə qan köçürməyə başlayıblar. Bu mühüm vəzifəni yerinə yetirmək üçün həkimlər xüsusi təlim keçirlər. Miroslava Qonqadze Ukraynanın Buça şəhərindən xəbər verir.
Ukraynanın paytaxtı yaxınlığında Buçada bu tibbi mərkəzdə Kyiv ərazi müdafiə bölməsindən həkimlər yeni bacarıqlar öyrənir və onları tətbiq edir. Onlar qanköçürmə həyata keçirməyə hazırlanır ki, bu da cəbhə xəttində ən çətin tibbi prosedurlardan biridir.
Təlimçi Mariya Nazarova Ukraynada yeni tibbi protokolun qəbul edilməsinin dəstəklənməsində mühüm rol oynayıb. O, həmkarlarına bu xilasedici proseduru öyrədir.
“Mən 2014-cü ildən, müharibə başlayandan bəri bunu xəyal edirəm. Biz başqa ölkələrin bunu etdiyini artıq bilirdik. Biz bu sahədə Amerika təcrübəsini və Norveç Xüsusi Təyinatlılarının əməkdaşlarını izləyirik,” Maria Nazarova deyir.
Davam edən müharibənin yaratdığı problemlər hərbi komandirləri və həkimləri NATO standartlarına uyğun yeni protokollar qəbul etməyə sövq edib.
“Mən tamamilə əminəm ki, bu, Amerikadakı hərbçilərin tanış olduqları bir şeydir. Onlr İraq və Əfqanıstanda 10 minlərlə qanköçürmə həyata keçiriblər. Və onlar bu təcrübəni qazanıblar və onlar buna əsaslanaraq deyiblər ki, qan elə və ya belə işləyir,” Nazarova bildirir.
Ukraynalı həkimlər vurğulayır ki, Rusiya-Ukrayna müharibəsindəki şətlər “qızıl saat” cavabına imkan vermir ki, bu, yaralı döyüşçülərin 60 dəqiqə və ya daha az müddətdə tam miqyaslı hərbi hospitala çatdırılmasıdır. Ukrayna ordusunda çoxsaylı itkilər birbaşa olaraq yaralı əsgərlərin daşınması ilə əlaqədar çətinliklərlə bağlıdır. Təhlükəsizlik səbəbilə soyadını gizli saxlayan hərbi həkim Andri deyib ki, ilkin tibbi müdaxilə kritikdir.
“Bu günlərdə ən böyük problem yaralı insanların xüsusi hospitallara köçürülməsidir, çünki bəzən [əsgərin] yaralandığı andan etibarən xəstəxanaya çatdırılması 1-2 gün vaxt çəkir və bu çox uzundur. Bu, çox sayda artilleriya və ağır döyüşlər səbəbilə situasiya ilə əlaqədar problemdir. Biz bunu edə bilmirik, sadəcə olaraq edə bilmirik.”
Soyadının açıqlanmasını istəməyən bir başqa hərbi həkim Yaroslav bu yaxınlarda cəbhə xəttindən geri qayıdıb və o, əsgərlər və tibbi personal üçün adekvat tibbi təlimlərə ehtyacı vurğulayıb.
“Təəssüf ki, evakuasiya vaxtı 5-6 saata qədər uzana bilər. Hərbi həkim yaralı yoldaşına yaxındırsa, onun qan köçürməsi ideal olardı,” o deyir.
Nazarova bildirir ki, o, mümkün qədər çox həyat qurtmarmağa çalışır.
“Cəbhə xəttinə nə qədər çox ləvazimat və həkim getsə, bir o qədər yaxşıdır. Ancaq bəzən səngərdə biri olar bilər, amma sizdə pasienti müalicəyə aparacaq zirehli maşın yoxdur. Ona görə də məncə bizim üçün ən böyük çətinlik bu şərtlər altında insanları evakusia etməkdir,” o bildirir.
Bu islahatın Ukraynada döyüş meydanında qan itkisi səbəbindən qarşısı alına bilən ölüm hallarının faizini xeyli azaldacağı təxmin edilir..
Forum