Accessibility links

Bomba sığınacağında oxuduğu mahnı ilə şöhrət qazanan ukranalı qız indi Polşada yaşayır


Bomba sığınacağında oxuduğu mahnı ilə şöhrət qazanan ukranalı qız indi Polşada yaşayır
please wait

No media source currently available

0:00 0:03:42 0:00

Bomba sığınacağında oxuduğu mahnı ilə şöhrət qazanan ukranalı qız indi Polşada yaşayır

7 yaşlı Amelia Kiyevdəki bomba sığınacağında oxumağa başlayanda sakinlərin Rusiyanın hava hücumlarından gizləndiyi səs-küylü yeraltı otaq tamamilə sükuta büründü.

Amelia Disneyin Frozen filminin məşhur mahnısını oxuyurdu. Marta adlı qonşusu bu videonu çəkib sosial mediada yerləşdirən kimi, video dərhal viral oldu.

Amelia Anisoviç: “İnsanların əhavalını qaldırmaq istədim. Çox bəyəndilər. Hamı alqışladı.”

Amelia bizə bu hekayəni Polşanın paytaxtı yaxınlığındakı bir hüzurlu parkda danışdı. Orada anası Lilia və nənəsi Vira ilə bərabər gəzişdik. Gölün kənarında quşlara yem verəndə, Amelia Ukraynada ördəkləri necə bəslədiyini xatırladı. Müharibə başlayandan sonra isə o tez-tez bomba sığınacağında gizlənməli və mümkün minalardan yayınmaq üçün hər addımına diqqət yetirməli olurdu.

Anası Lilia Kyivi nə zaman tərk etmək qərarını verdiyini yada salır.

Lilia Anisoviç: “Amelia pəncərəyə yaxınlaşmaqdan qorxmağa başlamışdı. Gecələr evi tərk edib, sığınacağa gedirdik, səhər isə evə qayıdırdıq. Hər addımda məndən soruşurdu ki, növbəti addımı ata bilərmi? Təhlükəsizdirmi? Həmin anda başa düşdüm ki, bu artıq sondur, bu artıq xəttdir. Bu xətti keçsək, Kyivdə qalsaq, onun psixoloji durumu zədələnə bilər, kölgəsindən qorxan uşaq ola bilər.”

Ameliya Kyivdən çıxarkən ins anlarla dolu qatarı yada salır.

Amelia Anisoviç: “Bəzi insanlar ayaqda idi, bəziləri oturmuşdu. Daha sonra biz qatar stansiyasında yerdə yatdıq. Mən də. Bizə matras verdilər.”

Ailəsi deyir ki, Polşada onlara isti münasibət göstərilir. Dörd nəfərdən ibarət ailə Varşavadan kənarda bir evdə pulsuz yaşayır. Amelia və onun 15 yaşlı qardaşı Mişa burada məktəbə gedə bilirlər. Amma anaları ümid edir ki, onlar tezliklə evə dönəcəklər.

Lilia Anisoviç: “Bura bir neçə həftəlik gəlməyi ümid edirdim. İndi isə anlayıram ki, bu, uzana bilər. Amma mən bunun yalnız bir neçə ay çəkəcəyini təsəvvür etmək gücündəyəm. Daha çox vaxt olacağını düşünməkdən qorxuram. Buranın nə qədər yaxşı və təhlükəsiz olmasının əhəmiyyətli deyil. Burada özümü yad hiss edirəm. Evə getmək, ərimi görmək istəyirəm. Ailəm üçün qorxuram. Çox ümid edirəm ki, mənim və minlərlə, milyonlarla insanın duaları eşidiləcək və biz tezliklə evdə olacağıq”.

Amelia isə deyir ki, tez böyüdüyünü hiss edir. Uşaq vətəni haqda danışanda qeyri-adi sakitlik nümayiş etdirir.

Amelia Anisoviç: “Biz ukrayınca danışmalıyıq, rusca yox. Çünki düşmənimiz rusca danışır. Torpağımız Ukraynadır. Biz ukrayınca danışmalıyıq. Ukraynada müharibədir. Rusiya bizə hücum edir. Mən ailəm üçün narahatam. Mənim atam, babam, nənəm oradadır. Hamısı üçün narahatam. Artıq çox sayda uşaq həlak olub. Mən yaşamaq istəyirəm. Digər uşaqlar da yaşamaq istəyir.”

Anası və nənəsi Amelia və böyük qardaşı üçün normallıq hisslərini qorumağa çalışırlar. Keçən il Amelia Kyivdə məktəbə getməyə başladı. İndi isə o, qaçqın kimi Varşava yaxınlığındakı bu kiçik şəhərdə təhsilini davam etdirir. Ailə müharibənin tezliklə bitəcəyinə və evə qayıdacaqlarına ümid edir. Hələlik isə balaca Amelia öz istedadı və yeni qazandığı şöhrət sayəsində Polşa ətrafında keçirilən xeyriyyə konsertlərində oxuyur və Ukraynaya dəstək üçün pul toplamağa yardım edir.

XS
SM
MD
LG