Accessibility links

Ukrayna taxılını daşıyan ilk gəmi Odesa limanını tərk edib


Razoni gəmisi Odesa limanını tərk edir.
Razoni gəmisi Odesa limanını tərk edir.

Bazar ertəsi Ukraynanın liman şəhəri Odesadan taxılın daşınması bərpa edilib.

Limanı ilk Syerra-Leone bayrağı altında üzən və Livana qarğıdalı daşıyan Razoni yük gəmisi tərk edib. Türkiynin müdafiə nazirliyi bəyanaq yayaraq, başqa naməlim gəmilərin də Ukraynanı tərk edəcəyini bildirib.

Türkiyə Bİrləşmiş Millətlər Təşkilatı iyul ayının sonunda Rusiya və Ukrayna rasında qlobal ərzaq böhranı fonunda taxılların ixracını bərpa etmək üçün razılığa vasitəçilik edib. BMT qlobal ərzaq böhranının Rusiyanın Ukraynanı işğalı səbəbilə daha da psiləşdiyini bildirib.

Razılığa əsasən Ukraynanın cənbundakı limanlardan yola çıxan yük gəmiləri fevral ayında müharibə başlayandan bəri Rusiyanın nəzarət etdiyi Qara Dənizdəki sulardan təhlükəsiz keçidi təmin olunmalıdır.

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Odesadan ixracların bərpasını alqışlayıb.

“Dünya, xüsusilə də Yaxın Şərq, Asiya və Afrikadakı dostlarımız üçün rahatlmaq günüdür, çünki Rusiyanın aylardır davam edən blokadasından sonra ilk Ukrayna taxılı Odesanı tərk edir,” Kuleba Twitter-də yazıb. “Ukrayna hər zaman etibarlı tərəfdaş olub və Rusiya razılığa əməl etdiyi təqdirdə belə də qalacaq.”

Kremlin sözçüsü Dmitri Peskov bazar ertəsi müxbirlərə deyib ki, ilk gəminin yola düşməsi “çox müsbət” bir haldır.

BMT-nin baş katibi Antonio Quterreşin sözçüsü deyib ki, taxılıın qlobal bazarlara çatdırılmasını təmin etmək “humanitar zərurətdir.”

“Baş katib ümid edir ki, bu, imzalanan təşşəbüsə uyğun olaraq hərəkət edən çox sayda ticarət gəmisindən ilki olacaq və bu, xüsusilə ən kövrək humanitar kontekstlərdə qlobal ərzaq təhlükəsizliyinə çox ehtiyac duyulan sabitlik və rahatlıq gətirəcək,” Stefan Dujarrik bəyanatda bildirib.

O əlavə edib ki, Dünya Ərzaq Proqramı Ukraynadan 30 min ton buğda alıb BMT-nin icarə etdiyi gəmilərlə oradan çıxaracaq.

Britaniya rusların “yavaşı irəlilədiyini” söyləyir

Bundan əlavə bazar ertəsi Britaniyanın müdafiə naziri deyib ki, Rusiya qüvvələri son dörd gün ərzində Donetsk ərazisinə taktiki hücumlar etməklə çox yavaş irəliləyişlər ediblər.

Britaniya nazirliyi bildirib ki, Rusiya həmçinin, çox güman ki, Ukrayanın şərqində Donbas bölgəsində “əhəmiyyətli sayda qüvvələrini” Ukraynanın cənubuna yerləşdirir.

Rusiya Ukryana paytaxtı Kyivdə müqavimətlə üzləşəndən sonra artıq aylardır səylərini Luhansk və Donetsk vilayətlərinin yerləşdiyi Donbasda cəmləşdirib. Resurslarını şərqə yönəltməsi Rusiyaya iyul ayının əvvəlində Luhanskın nəzarətini ələ keçirməyə yardım etdi.

XS
SM
MD
LG