Accessibility links

Ukrayna hərbçiləri Rusiyanın 14 pilotsuz təyyarəsini vurduğunu bildirib


Ukraynanın çərşənbə günü bildirdiyinə görə, Rusiya son hücumları zamanı 14 pilotsuz təyyarə və qanadlı raketdən istifadə edib.

Ukrayna Hərbi Hava Qüvvələri Hava Hücumundan Müdafiə Qüvvələrinin Ukraynanın mərkəzi, cənub-şərqi və qərbinə istiqamətlənmiş bütün pilotsuz təyyarələri vurduğunu bildirib.

Böyük dağıntılar və tələfatlar barədə məlumat verilməyib.

Ukrayna hərbçiləri həmçinin Rusiyanın X-22 raketinin hədəfinə çatmadan, Zaporijye bölgəsindəki sahəyə düşdüyünü bildirib.

Ukrayna Rusiyanın pilotsuz uçan aparatlarının İran tərəfindən istehsal olunan "Şahed" pilotsuz təyyarələri olduğunu müəyyən edib. Son hücumlar ABŞ-ın İranın Ukraynadakı müharibədə istifadə etmək üçün Rusiyaya ballistik raketlər verə biləcəyi barədə xəbərdarlıqlarından sonra həyata keçirilib.

Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi çərşənbə axşamı jurnalistlərə deyib ki, "bu dəstək müqabilində Rusiya raket, elektronika və hava hücumundan müdafiə sahəsi də daxil olmaqla, Tehrana misli görünməmiş hərbi əməkdaşlıq təklif edir".

Kirbi bildirib ki, İran Rusiyaya pilotsuz təyyarələrdən əlavə Ukraynaya qarşı istifadə etmək üçün artıq idarə olunan avia-bombalar və artilleriya sursatları da verib.

Forum

XS
SM
MD
LG