Accessibility links

Ukrayna pilotları F-16 döyüş təyyarələrini mənimsəməyə və döyüşə getməyə hazırdır


Ukrayna pilotları F-16 döyüş təyyarələrini mənimsəməyə və döyüşə getməyə hazırdır
please wait

No media source currently available

0:00 0:03:24 0:00

Ukrayna pilotları F-16 döyüş təyyarələrini mənimsəməyə və döyüşə getməyə hazırdır

Ukrayna Hərbi Hava Qüvvələrinin pilotları deyirlər ki, onlar F-16 qırıcılarını idarə etməyi öyrənmək və onlardan Rusiya qüvvələrinə qarşı döyüşlərdə istifadə etmək istəyir. ABŞ və Avropanın səkkiz ölkəsi də daxil olmaqla, koalisiya dövlətləri təlimləri sürətləndirmək üçün tərəfdaşlıq edir.

Rusiyanın müdaxiləsi başlayandan bəri ukraynalı qırıcı təyyarə pilotu Rostislav Lazarenko 330-dan çox uçuş həyata keçirib. O, birinci uçuşunu müharibənin ilk günü edib. "Nə gözləməli olduğumuzu bilmirdik. Krımdan gələn 700 hərbi maşının arxasınca gedirdik. Planı kağız üzərində qurub təyyarəyə doğru addımlayanda pilot yoldaşım Saşa "Qorxuram" dedi. "Mən də qorxuram, amma bunu etməliyik. Biz etməsək kim edəcək? Biz buna inanırıq" dedim."

2022-ci il fevralın 24-də səhərə qədər Lazarenko Saşa ilə Rusiyanın Krımdan gələn ən böyük hərbi karvanını məhv etdi. Lakin Saşanın təyyarəsi vurulanda o həlak oldu.

Lazarenko alovlar arasından uçsa da, sağ qaldı. O vaxtdan 28 yaşlı gənc pilot Rusiya işğalçılarına qarşı demək olar ki, hər gün döyüşə gedir. O deyir ki, pilot yoldaşları F-16 döyüş təyyarələrini mənimsəməyə və onlarla döyüşə getməyə hazırdır. "Komandamı tanıdığım üçün, ukraynalıları tanıdığım üçün onların nə vaxt təlimlərə gedəcəklərini bilirəm. Biz burada döyüşərkən onlar dincəlməyəcək, onlar mümkün qədər tez bir zamanda yeni təyyarələrdən istifadəni öyrənmək və geri qayıtmaq üçün əllərindən gələni edəcəklər".

Təhlükəsizlik səbəbi ilə soyadını açıqlamayan döyüş pilotu Oleksiy Lazarenko ilə çiyin-çiyinə döyüşür. "F-16 Rusiyanın Su35 qırıcılarına üstün gələcək. Çünki F-16 döyüşdə məsafəsini artıracaq və bizim Ukraynanın işğal olunmuş ərazilərində düşməni məhv etmək imkanımız olacaq."

Yəqin ki, onlar dil fərqindəki maneəni aradan qaldırmalı olacaq. Lakin Oleksi deyir ki, ukraynalı pilotlar artıq F-16 haqqında çox şey bilir. "Təyyarə sistemləri, uçuşlar, taktikalar, texnikalar bizim pilotlar üçün o qədər də önəmli deyil, müəllimlərimizin dediyi kimi, sən təyyarəni hiss etməlisən. Təyyarəni hiss etmək həm də ukrayna dilində, həm də ingilis dilində eyni olacaq."

Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İhnat deyir ki, onlar təlimlərə uçuş simulyatorlarından istifadə etməklə başlayıb."F-16-ların hamısında touchscreen-lər var. Siz onun necə işlədiyini başa düşməlisiniz. Məsələn, kompüter oyunu oynayan uşaq kimi. Uşaq da bunu addım-addım öyrənir. Uyğunlaşmaq üçün müəyyən vaxt lazımdır."

İhnat kursantların işə hazır olduqlarını deyir. "Ola bilsin müxtəlif ölkələrə gedəcək onlarla pilot və avadanlıqlara xidmət göstərəcək aviasiya mühəndisləri müəyyən edilib. Bunlar artıq ingilis dilini bilən, gənc və həvəsli pilotlardır."

İhnat deyir ki, ukraynalı pilotların F-16-da təqribən 4 ay təlim keçməsinə ehtiyac var. Bu isə əvvəllər düşünüldüyündən iki ay azdır.

Qarşıda çox iş olsa da, onlar Ukraynada və ölkədən kənarda böyük gözləntiləri doğrultmağa çalışırlar.

XS
SM
MD
LG