Accessibility links

Ukrayna ölkənin cənubunda Rusiyanın nəzarət etdiyi əraziyə raket zərbələri endirib


Ukrayna və Rusiya rəsmiləri çərşənbə axşamı Ukraynanın ölkənin cənubunda Xerson bölgəsinə hücumu ilə bağlı fərqli açıqlamalar veriblər.

Ukrayna tərəfinin bildirdiyinə görə, uzun-mənzilli raket Nova Kaxovkada sursat anbarını vurub, nəticədə 52 rus əsgər ölüb.

Rusiya isə bildirib ki, Ukraynanın hücumu mülki infrastrukturuna tuş gəlib.

Bundan əlavə çərşənbə axşamı Britaniya Müdafiə Nazirliyi bildirib ki, Rusiya qüvvələri Ukraynanın şərqində Donetsk vilayətində “getdikcə daha çox ərazi ələ keçirməyə” davam edib.

Britaniyanın açıqlamasında bildirilib ki, Rusiyanın “yaxın gələcəkdə növbəti hücumlar üçün yenidən qruplaşmaq”la yanaşı, Ukrayna qüvvələrinə təzyiqi davam etdirəcək.

Donetskin Çasiv Yar şəhərində rəsmilər deyib ki, Rusiyanın yaşayış binasına hücum nəticəsində ölənlərin sayı 34-ə çatıb, dağıntılarına altından isə doqquz nəfər xilas edilib.

Beş mərtəbəli yaşayış binası şənbə günü raket hücumu nəticəsində dağılıb.

Çasiv Yar Rusiya qüvvələrinin bir həftə öncə Luhansk vilayətində qələbə elan edəndən sonra diqqətlərini Donetsk vilayətinə yönəltdikləri bir vaxt əsas hədəflərinə çevriləcəkləri gözlənilən Kramatorsk şəhərindən təxminən 20 kilometr cənub-şərqdə yerləşir.

XS
SM
MD
LG