Accessibility links

Ukrayna və Rusiya qüvvələri Kyivə nəzarət uğrunda döyüşür


Şənbə günü Ukraynanın paytaxtı Kyivdə partlayış və atəş səsləri eşidilib, Rusiya və Ukrayna qüvvələri şəhərin nəzarəti üzərində döyüşməyə davam edib. Şəhər rəsmiləri axşam saat 5-dən səhər saat 8-dək komendant saatı tətbiq edib.

Ukrayna rəsmiləri ölkə vətəndaşlarını Kyivi Rusiya qüvvələrinə qarşı müdafiə etməyə kömək etməyə çağırdığı bir vaxt, prezident Volodimir Zelenski şənbə günü paytaxt Kyivin Ukraynanın nəzarətinə olduğunu bildirib.

“Biz düşmənin hücumlarına tab gətirmişik və onları uğurla dəf edirik. Döyüşlər davam edir,” Zelenski Kyiv küçələrində çəkilən video görüntüdə deyib.

ABŞ Dövlət Departamentinin rəsmisi şənbə günü müxbirlərə bildirib ki, “ABŞ “Ukraynanın canlı müqavimətinin əlamətlərini” görür.

“Biz müşahidə etdiklərimizə əsasən bu müqavimətin rusların gözlədiyindən daha böyük olduğuna inanırıq və bizdə rusların son 24 saatda, xüsusilə də Ukraynanın şimal hissəslərində momentumu itirdiklərinə görə məyus olduqlarına dair işarələr var,” adının anonim qalması şərtilə danışan rəsmi bildirib.

Rusiya qoşunları Kyivin astanasında Ukrayna qüvvələri ilə atışma apardığı bir vaxt, Rusiyanın Müdafiə Nazirliyinin sözçüsü general mayor İqor Konaşnkov Moskvada keçirilən mətbuat brifinqində deyib ki, “bütün bölmələrə əməliyyatın planlarına uyğun olaraq bütün istiqamətlərdən irəliləmək əmri verilib.”

Ukrayna rəsmiləri ölkə vətəndaşlarını Kyivi Rusiya qüvvələrinə qarşı müdafiə etməyə yardım etməyə çağırırlar. Paytaxtdakı hərbi bazaya hücum olub, lakin Ukrayna ordusu hücumun dəf edildiyini bildirib.

Şənbə günü paytaxtda bir çoxmərtəbəli yaşayış binasına raket atılıb. Ukraynanın xarici işlər naziri bildirib ki, binaya Rusiya raketi atılıb. Nəticədə ölən olmayıb. Binanın videogörüntülərində görünür ki, yuxarı mərtəbələrə böyük ziyan dəyib.

Ukrayna Prezidenti Volodimir Zelenski şənbə günü Kyivə hücumların daha intensiv olacağını proqnoz etmişdi.

Zelenski şənbə günü Twitter hesabında bildirib ki, o, Franda Prezidenti Emmanuel Mkaronla telefonla danışıb. “Ukraynaya tərəfdaşlarımızdan silah və avadanlıqlar yoldadır. Müharibə əleyhinə koalisiya işləyir,” o yazıb.

Rusiyanın Müdafiə Nazirliyi şənbə günü Rusiya qoşunlarının Ukraynanın cənubşərqində Melitopol şəhərini ələ keçirdiklərini bildirib.

ABŞ və Qərb rəsmiləri cümə günü deyib ki, Ukrayna hökumətinin “başını üzmək” planının bir hissəsi olaraq Kyiv və digər böyük şəhərlərə doğru irəliləyən Rusiya qüvvələrinin sürətini bir qədər itirmiş kimi görünür. Həm onlar həm də Moskva yerdəki döyüşlərlə ayaqlaşmaq üçün informasiya əməliyyatlarını gücləndirdilər.

Cümə günü Rusiya qüvvələri Ukraynaya hərbi müdaxiləni davam etdirdiyi bir vaxt, Ukraynanın şimalında Xarkiv və cənubda Xerson şəhərləri ətrafındakı ərazilərdə partlayışlar və atışmalar davam edib

Adının anonim qalması şərtilə müxabirlərə məlumat verən ABŞ-ın yüksək vəzifəli müdafiə rəsmisi deyib ki, Rusiya qüvvələri hərbi müdaxilə başlayandan bəri 200-dən çox ballistik və qanadlı raket atıb və onların çoxu Ukraynda ordusunu hədəf alıb.

Ancaq rəsmi deyib ki, kəşfiyyat məlumatları əməliyyatın Rusiya komandirlərinin ümid etdiyi kimi getmədiyini göstərir.

“Ruslar güclərini bir az itirirlər,” rəsmi deyib. “Onlar gözlədikləri qədər uzağa və ya sürətlə irəliləmirlər.”

“Onlar gözlədiklərindən daha çox müqavimətlə üzləşirlər,” ABŞ rəsmisi deyib və əlavə edib ki, Rusiya qüvvələri say üstünlüyünə və Ukraynanın hava hücumundan müdafiə sistemlərini aradan qaldırmaq səylərinə baxmayaraq, hələ də hava üstünlüyünü təmin edə bilməyib.

Rəsmi əlavə edib ki, Ukrayanın idarə və nəzarəti “sağlamdır.”

Kyivdə Zelenski şəhəri tərk etməsi ilə bağlı şayiələri rədd edərək, bildirib ki, özü və digər hökumət rəsmiləri “hamısı buradadır, müstəqilliyimizi, dövlətimizi müdafiə edir”.

Rusiyanın iddiaları

Rusiya rəsmiləri cümə günü qüvvələrinin terror təhlükəsini aradan qaldırmaq səyləri çərçivəsində ciddi irəliləyiş əldə etdiklərini bildirib.

Rusiyanın general mayoru İqor Konaşenkov sosial mediada paylaşdığl bir postda bildirib ki, ölkəsinin qüvvələri Ukraynanın 200-dən çox hərbi obyektini, onlarla hava hücumundan müdafiə batareyası və radar stansiyasını sıradan çıxarıb, eyni zamanda Ukraynanın bir neçə döyüş təyyarəsini, helikopterini və hərbi maşınlarını məhv edib.

Rusiya ordusu həmçinin cümə günü Kyivin şimal-qərbində strateji Hostomel hava limanının nəzarətini ələ keçirdiyini bildirib.

Rusiyanın iddiaları dərhal təsdiqlənməyib, ancaq Ukrayna rəsmiləri orada ağır döyüşlərin getdiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG