Accessibility links

Pentaqon Ukrayna silahlı qüvvələrinə 200 milyon dollar ayırıb


ABŞ Müdafiə Nazirliyi Ukraynanın hərbi müdafiə imkanlarını gücləndirmək üçün 200 milyon dollar ayırdığını bildirib.

Pentaqonun cümə günü verdiyi elanında deyilir ki, bu vəsait hərbi təlimlər, təchizat və konsultasiya yardımı üçün istifadə ediləcək. Əlavə edilir ki, yardımın və təchizatın çatdırılması tarixləri daha sonra müəyyən ediləcək.

Beləliklə 2014-cü Rusiyanın ildə Krımı ilhaq etməsindən bəri ABŞ-ın Ukraynanın təhlükəsizlik sektoruna ayırdığı ümumi vəsaitin həcmi 1 milyard dollar təşkil etdi.

Ukrayna höküməti silahlı qoşunlarlnın NATO alyansına daxil olan ordulara müvafiq səviyyəyə gətirmək üzərində çalışır.

Yeni yardım Helsinkidə Donald Tramp və Vladimir Putin arasında zirvə görüşündən sonra ABŞ-Rusiya münasibətləri ilə bağlı yaranmış siyasi debatların olduğu bir zaman həyata keçirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Vyanada İranla nüvə sazişi üzrə danışıqlar bərpa olunub
please wait

No media source currently available

0:00 0:11:33 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG