Accessibility links

ABŞ Ukraynanı növbəti yardım paketi ilə təmin edib


Ağ Ev bildirib ki, Birləşmiş Ştatlar Ukraynanı əlavə 335 milyon dollarlıq təhlükəsizlik yardımı ilə təmin edəcək.

Yeni yardım paketi cümə axşamı ABŞ vitse-prezidenti Co Baydenlə Ukrayna prezidenti Petro Poroşenko arasında baş tutan görüşdən sonra açıqlanıb.

Ağ Evin bildirdiyinə görə, Bayden Poroşenkoya deyib ki, ABŞ-ın Ukraynaya söz verdiyi 1 milyard dollarlıq borcun üçüncü hissəsini almaq üçün onlar sabit, islahatyönümlü hökümət qurmalıdır.

Ukraynada Qərb təmayüllü hökumət bərqərar olduqdan sonra Rusiyanın dəstəklədiyi qüvvələr ölkənin şərqində separatçı hərəkata start veriblər.
Ukraynada Qərb təmayüllü hökumət bərqərar olduqdan sonra Rusiyanın dəstəklədiyi qüvvələr ölkənin şərqində separatçı hərəkata start veriblər.

Ötən mayda, Rusiya 2014-cü ildə Krımı ilhaq etdikdən və ölkənin şərqdinə Donbassda separatçıları dəstəklədikdən sonra ABŞ Ukrayna ilə ikinci 1 milyard dollarlıq kredit razılığı imzaladı.

Vaşinqton Ukraynanın Qərb-yönümlü hökümətini dətəkləsə də, oradakı geniş yayılmış korrupsiyadan narahatdır.

Ukraynanın parlameti bu həftənin əvvəli yüksək vəzifəli rəsmilərin cəlb olunduğu korrupsiya işlərini təqib etmədiyi üçün ölkənin baş prokukorurunu vəzifəsindən azad edib.

XS
SM
MD
LG