Accessibility links

Ukraynanın şərqində atəşkəs


Ukraynanın şərqində hökumət qüvvələri və Rusiya tərəfdarı separatçılar arasında beş ay sürən hərbi əməliyyatların sonra atəşkəs hökm sürür.

Ukrayna prezidenti Petro Poroşenko açıqladığı bəyanatda Rusiya prezidenti Vladimir Putinlə telefon söhbəti apardığını və atəşkəsə riayət edildiyi fikri ilə razılaşdıqlarını bildirib.

Ukraynanın Milli Təhlükəsizlik Şurasının sözçüsü Andrey Lısenko müxbirlərə bildirib ki, Kiyev separatçılarla hərbi əsirlərin ən yaxın zamanda dəyişdirilməsinə hazırdır.

Döyüşlərin ən çox baş verdiyi Donetskdə tərəflər bir-birini ayrı-ayrı yerlərdə atəşkəs rejiminin pozulmasında günahlandırıb.

Atəşkəs Kiyev hökuməti, separatçı hərəkat, rəsmi Moskva və ATƏT nümayəndələrinin görüşü zamanı təsdiq edilib. Razılıq eyni zamanda Rusiyanın hərbi əsirlərin dəyişdirilməsi, qaçqınlara qarantiyalar verilməsi və humanitar yardım işçilərinə şəraitin yaradılmasını nəzərdə tutan sülh təklifinin bir hissəsidir.

Ukrayna prezidenti Petro Poroşenko açıqladığı bəynatda atəşkəs əmrini protokolların imzalanması və Rusiya prezidenti Vladimir Putinin Donbasda qeyri-qanuni birləşmələrin liderlərinə hərbi əməliyyatların dayandırılması haqda çağırışına əsaslandığını deyib.

Cənab Poroşenko bildirib ki, atəşkəsə dair protokollar Ukraynanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə hörmət edilməklə ölkənin şərqində sülh və sabitliyin əldə edilməsi üçün 12 praktiki addımı atılmasını nəzərdə tutur.

ABŞ prezidenti Barak Obama atəşkəsə əməl edilməsilə bağlı həm ümid, həm də şübhə ifadə edib. O həmçinin Qərbin böhran qızışsa Moskvaya qarşı daha ciddi iqtisadi sanksiyalar tətbiq etməyə hazır olduğunu deyib.

XS
SM
MD
LG