Accessibility links

Ukrayna Avropa bazarına çıxdı


EU - Ukraine
EU - Ukraine

Yanvarın 1-dən Ukraynanın Avropa Birliyi ilə imzaladığı sərbəst ticarət sazişi qüvvəyə minir.

Ukrayna sazişi 2014-cü ilin iyununda imzalamışdı. Bundan sonra Rusiyanın etiraz və təhdidləri ilə üzləşmişdi.

Bu saziş Ukraynaya öz mallarını gömrük rüsumu olmadan Avropa bazarına çıxarmaq imkanı verir. Bu saziş Moskvanın Kiyevlə münasibətlərinin pisləşməsinin başlıca səbəbidir.

Sovet dövründən əlaltısı olmuş bir ölkənin birdən-birə Qərbə üz tutması Rusiyanın hiddətləndirib.

Ukraynanın sabiq prezidenti Yanukovich 2013-cü ildə Kremlin təsiri nəticəsində həmin sazişi imzalamaqdan imtina etmişdi. Bu saziş Ukraynada kütləvi etiraz aksiyalarına, Yanukovichin devrilməsinə, Krımın Rusiya tərəfindən ilhaq edilməsinə və nəhayət, Rusiyanın dəstəyilə Ukraynanın şərqində separatçıların üsyanına səbəb olmuşdu.

Yanvarın 1-dən Rusiyanın cavab tədbiri kimi Ukraynaya ərzaq embarqosu başlayır.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG