Accessibility links

Ukrayna iqtisadi böhran qarşısındadır


.

Ukrayna hökuməti Kiyev regionunda fövqəladə vəziyyət elan edib. Baş nazir Denis Şmıqal koronavirus epidemiyasının ölkədə iqtisadi böhrana yol açdığını bildirib.

Ölkədə artıq mağazalar, restoranlar, teatrlar və nəqliyyatın fəaliyyyətlərinə məhduddiyyətlər tətbiq edilib. Ukraynada biri millət vəkili olmaqla, 14 yoluxma və iki ölüm halı qeydə alınıb.

Kiyev bölgəsində hansı əlavə tədbirlər görüləcəyi bəlli deyil. Lakin qanunvericilər insanların hərəkətlərinə məhdudiyyətlər təbiq edib, tətilllərin keçirilməsi qadağan edilib, ərzaq və digər yardımların çatdırılmasına dair xüsusi göstərişlər verilib.

Fövqəladə vəziyyət paytaxtı nəzərdə tutmur.

İnfeksiyaya yoluxan millət vəkili Serhi Şakhovun karantinə alındığı və onunla təmasda olanların testdən keçiriləcəyi bildirilib.

Bu ayın əvvəlində hakimiyyətə gələn Şmıqal hökuməti hazırda Beynəlxalq Valyuta Fondu (IMF) ilə Ukraynaya maliyyə yardımı göstərilməsi ilə bağlı müzakirələr keçirir.

Baş nazir koronavirusla mübarizədən əlavə ölkənin üzləşə biləcəyi iqtsadi böhran məsələsinin də gündəmdə saxlanmasının vacibliyini vurğulayıb.

Ukrayna 2014-cü il Rusiyanın Krımın ilhaqından sonra İMF-in dəstəyinə malik olan ən yoxsul Avropa ölkəsidir. Moskvanın dəstəklədiyi iğtişaşlar nətcəsində Ukraynada 13 min insan həyatını itirib.

5.5 milyard dollarlıq yardımı nəzərdə tutan dekabr razılığı hələ ki, həyata tətbiq edilməyib. Belə ki, hökumət islahatlar həyata keçirib, uzunmüddətli korrupsiya ilə mübariz sahəsində inkişaflar əldə etməli idi.

Koranavirus təlatümü ölkə valyutasını dəyərdən salıb. İyun ayından bəri ilk dəfə olaraq 1 qrivna 27 dollar təşkil edib.

Avropa ölkələrinə səyahətlərə qoyulan məhdudiyyətlər də Ukraynaya dollar axınının qarşısını alıb.
Ukraynanın əsas bankları onlayn transaksiyalarını müvəqqəti dayandırıb.
Mərkəzi Bank gələn bir neçə gün ərzində Ukraynaya yeni əsginazlar gətiriləcəyini bildirib.
XS
SM
MD
LG