Accessibility links

Ukraynada atəşkəs pozulub


Bu ayın əvvəllərində əldə olunmuş atəşkəsə baxmayaraq Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında qızışan döyüşlərdə azı 12 nəfər həyatını itirib.

Ukrayna ordusunun sözçüsü bildirir ki, bazar günü zirehli avtomobilə edilən hücum nəticəsində 9 əsgər öldürülüb. Donetsk rəsmiləri üç mülki vətəndaşın hadisə zamanı həyatını itirdiklərini deyib.

Fəallar Ukraynada Leninin ən iri heykəlini uçururlar. 28 sentyabr, 2014.
Fəallar Ukraynada Leninin ən iri heykəlini uçururlar. 28 sentyabr, 2014.

Döyüşlər zamanı 32 nəfərin yaralandığı bildirilib. Bu, sentyabr ayının 5-də əldə olunun atəşkəsdən sonra ən böyük itkili toqquşma sayılır.

Aprel ayında başlayan hərbi qarşıdurma nəticəsində bu günə qədər 3500 insan həyatını itirib.

Bu arada şərqi Xarkov şəhərində yerli sakinlər Rusiya istila tarixinin simvolu olan Vladimir Leninin heykəlini uçurublar.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG