Accessibility links

Donetskdə atəşkəs yenidən pozulub


Ukraynanın şərqində rusiyapərəst separatistlər və Ukrayna qüvvələri arasında döyüşlər nəticəsində dörd mülki vətəndaş həlak olub.

Keçən ay əldə olunmuş atəşkəsə regionun çox hissəsində əməl olunsa da, separatistlərin istinadgahı və nəzarəti heç bir tərəfin əlində olmayan Donetsk şəhərinin hava limanı uğrunda hərbi qüvvələrlə rusiyapərəst üsyançılar arasında dəfələrlə toqquşmalar baş verib.

Orta məktəb direktoru Andrey Udovenko döyüşlərin ardı-arası kəsilmədiyini, silah səslərinin rahat eşidildiyini və raketlərin məktəbin yaxınlığındakı yaşayış məntəqələrinə düşdüyünü deyib.

Donetsk şəhər sakini Lubov Mixailovna bildirib ki, axşam yemeyi zamanı evləri raketlə vurulub. Xoşbəxtlikdən ailə üzvlərindən xəsarət alan olmayıb.

Aprel ayında başlayan hərbi qarşıdurmalar nəticəsində 3500 insan həyatını itirib.

XS
SM
MD
LG