Bazar ertəsi BMT-nin Daimi Arbitraj Məhkəməsi bildirib ki, Ukraynanın iki enerji şirkəti Rusiyanın Krım yarımadasını ilhaq etməsindən sonra onların itirdikləri sərmayelərə görə məhkəmədən kompensiyasiya ilə təmin edilmələrini tələb edib.
İyun ayında başlanan məhkəmə işi Ukrnafta və Stabil-ə məxsus yanacaq doldurma məntəqələrini nəzərdə tutur. Bundan öncə də investorlar beynəlxalq məhkəmələrdən Rusiya hökümətini günahlandırdıqları maddi itkilərə görə təzminat tələb ediblər.
Ötən il Ukraynanın ən zəngin iş adamlarından biri olan İqor Kolomoyski eyni məhkəməyə iddia irəli sürərək, Krım yarımadasında sahib olduğu hava limanını itirdiyinə görə Rusiyadan 15 milyon dollar dəyərində təzminat tələb etmişdi.
Rusiya Krımı 2014-cü ilin mart ayında Ukrayna paytaxtında Moskvanın dəstəklədiyi prezidentin qaçmasına səbəb olan etirazlardan sonra ilhaq edib.
Rusiya hər iki iddiaya etiraz etməyi rədd edib və məhkəmənin bu məsələ üzərində yurisdiksiyaya mallik olmadığını bildirib. Məhməkə yurisdiksiyasının olub-olmadığı ilə bağlı dinləmələni isə iyul ayında keçirəcək.
2014-cü ildə Daimi Arbitraj Məhkəməsi Yukos neft şirkətinin keçmiş səhmdarlarına rekord 50 milyard dollar dəyərində kompensasiya qərarı çıxarıb. Şirkəti idarə edən səhmdar Mixail Xodorkovski Rusiya prezidenti Vladimir Putinə qarşı çıxandan sonra hökümətin vergi adıyla ondan böyük məbləğlər tələb etməsi Yukosu iflasa uğradıb.
Lakin ötən ay Hollandiya məhkəməsi bu qərarı rədd edib və Daimi Arbitraj Məhkəməsinin yurisdiksiyası çərçivəsindən kənar qərar verdiyini iddia edib. Hər iki tərəf hüquqi mübarizəni davam etdirəcəklərinə söz verib.