Ukrayna hərbi rəsmiləri bildirirlər ki, son iki gündə Rusiyanın dəstəklədiyi separatçılar tərəfindən açılan minomyot və raket atəşləri nəticəsində daha çox əsgər həlak olub. Fevralda Minskdə imzalanan atəşkəsə baxmayaraq Ukraynanın şərqində döyüşlər instensivləşib. Bazar ertəsi hər iki tərəf cəbhə xəttindən ağır silahların çıxarılmasına razılıq veriblər, amma çox insan sülh razılığının çox uzun zaman davam etməyəcəyinə inanır.
“Rusiya hələ də hərbisini orada saxlamaq variantını əldə saxlayır və Rusiyanın o ərazidə qoşun hazırladığına dair məlumatlar da var. Eyni zamanda cəbhə xəttindən ağır silahların çıxarıldığı da doğrudur
Şərqi Ukraynada minomyot və raketlərdən atəş açılmağa davam edir. Ötən həftə Donetsk yaxınlığında yerləşən Spartak kəndindəki uşaqların oyun meydançası atəşə tuş gəlib. Əraziyə nəzarət edən rusiyapərəst separatçılar Ukrayna hökümət qüvvələrini günahlandırırlar.
“Ukrayna tərəfi 8-120 mmlik iri-çaplı minomyotlardan atəş açmağa başladı”.
Ukrayna qüvvələri atəşkəsi pozduqlarını inkar edirlər və separatçıların Rusiya əsgərlərinin yardımı ilə onların mövqelərinə atəş açmağa davam etdiklərini iddia edirlər. Ordu bazar ertəsi və çərşənbə axşamı altı əsgərin öldürüldüyünü bildirir.
Döyüşlər artsa da, Rusiya, Ukrayna, Almaniya və Fransanın xarici işlər nazirləri bazar ertəsi Berlində görüşərək Minsk sazişinə olan təəhhüdlərini yeniləyiblər.
“Əsas odur ki, vəziyyətin ağırlaşdığı dönəmdə biz bu gün sadəcə ağır silahların çıxarılmasına deyil, həm də digər kateqoriyadan silahların çıxarılmasına razılaşdıq. İndi artıq tanklar, zirehli maşınlar, minomyotlar və 100 millimetr kalibrindən aşağı ağır silahlar cəbhə xəttindən çıxarılacaq silahların sırasına daxildir”.
Hər iki tərəf qüvvələri geri çəkəcəklərinə tam vəd etmədən öncə atəşkəs razılaşmasını bir daha nəzərdən keçirir, deyə Avropa şurasının xarici əlaqələr şöbəsindən Kadri Liik bildirir.
“Rusiya hələ də hərbisini orada saxlamaq variantını əldə saxlayır və Rusiyanın o ərazidə qoşun hazırladığına dair məlumatlar da var. Eyni zamanda cəbhə xəttindən ağır silahların çıxarıldığı da doğrudur. Diplomatik həll yolu da hələ də mümkündür”.
Liik bildirir ki, Rusiyanın Ukraynadakı böyük ambisiyaları naməlum olaraq qalır, amma bunlara dondurulmuş münaqişə yaratmaq da daxil ola bilər.
“Buna isə hərbi hücumun da daxil ola bilmə ehtimalı var. Çünki o zamana onlar Donbası daha səmərəli məkana çevirmək istəyəcəklər. Bu isə Mauriupolun və bir neçə digər ərazinin də zəbt olunması deməkdir”.
Əsas odur ki, vəziyyətin ağırlaşdığı dönəmdə biz bu gün sadəcə ağır silahların çıxarılmasına deyil, həm də digər kateqoriyadan silahların çıxarılmasına razılaşdıq
Müharibənin yenilənmə təhlükəsi artdığı üçün hətta sinif otaqlarında da münaqişədən yayınmaq çətinləşir. Üsyançıların nəzarət etdiyi ərazidə yerləşən Donetsk Mədənçilik kollecinin tələbələri bu həftə “Mən işləməyə və vətənimi müdafiə etməyə hazıram” adlı hərbi yarış keçiriblər. Müsabiqəyə AK-47 avtomatını yığıb-sökmək daxil olub.
“Hər kəs bunu etməyi bacarmalıdır ki, birdən bura arzuolunmaz insanlar gələr. Bu, vacibdir.”
Hökümətin nəzarət etdiyi Xarkovda isə Ukraynanı keçmiş SSRİ-nin tərkibində keçən 20-ci əsr tarixindən qurtarmaq kampaniyasının bir hissəsi olaraq həftəsonu bir qrup fəal şəhərdə sovet vaxtından qalmış heykəlləri söküblər.