Accessibility links

İsrail lideri Netanyahu Ukrayna ilə sıx münasibətlər qurmaq istəyir


Seçki kampaniyasının qaynar vaxtında səsvermədə postsovet mühacirlərinin əhəmiyyətini vurğulayaran İsrailin baş naziri Benyamin Netanyahu Ukraynaya ikigünlük səfərə çıxıb.

İsraili indi öz vətəni kimi görən bir milyondan çox insan post-sovet ölkələrindən gəlib. Onlar hazırda İsrail əhalisinin beşdən birini təşkil edir.

Biz gələcəyi ayrı-ayrılıqda qura bilərik, lakin birlikdə bunu daha yaxşı edə bilərik.

Avqustun 19-da Ukraynaya gələn Netanyahu bu ölkə ilə yaxın münasibət qurmaq istəyini açıqlayıb.

“Biz gələcəyi ayrı-ayrılıqda qura bilərik, lakin birlikdə bunu daha yaxşı edə bilərik,” deyə son 20 ildə İsrailin Ukraynaya səfər edən ilk baş naziri bildirib.

Həyat yoldaşı Sara ilə birgə Netanyahunu Kyivdə naxışlı milli geyimdəki gənc ukraynalılar qonaqpərvərlik ənənəsi olaraq duz-çörəklə qarşılayıblar.

Avqustun 19-da Netanyahu hər ikisi yəhudi olan - bu yaxınlarda seçilmiş prezident Volodımir Zelenski və baş nazir Volodımir Hroysmanla görüşüb.

Bundan sonra Netanyahu 1941-ci ildə nasistlər tərəfindən 33 mindən çox yəhudinin öldürüldüyü Babi-Yarı ziyarət edəcək.

Apreldə prezident seçilmiş Volodımyr Zelenski Ukraynada islahatlar keçirəcəyini vəd edib.
Apreldə prezident seçilmiş Volodımyr Zelenski Ukraynada islahatlar keçirəcəyini vəd edib.

İkinci Dünya Müharibəsinin sonuna qədər "arzuolunmaz" hesab olunan və ya alman nasist hakimiyyətinə təhlükə sayılan 100 min nəfər - o cümlədən sovet əsirləri, partizanlar, Ukrayna millətçiləri və romalılar edam ediliblər.

"The Times of Israel"-ə istinadən xəbər verilir ki, Netanyahu eləcə də 1930-cu illərdə Sovet diktatoru İosif Stalinin bilərəkdən acından öldürdyü Holodomor qurbanlarının xatirəsini anacaq.

Amerika İcmalı

Amerika İcmalı. Ukraynada müharibə və Çin-Rusiya danışıqları.
please wait

No media source currently available

0:00 0:30:03 0:00
XS
SM
MD
LG