Accessibility links

Keçmiş Ukrayna rəsmisi Qonqadzenin işi ilə bağlı ömürlük həbs cəzası alıb


Ukrayna məhkəməsi 2000-ci ildə araşdırmaçı jurnalistin qətlində təqsirli bilinən keçmiş daxili işlər nazirliyinin rəsmisinin ömürlük həbsinə dair hökm çıxarıb.

Kəşfiyyat idarəsinin keçmiş rəsmisi Oleksiy Pukaç Georgi Qongadzeni boğaraq öldürməkdə təqsirli bilinib.

Cənab Qongadze “Ukrainskaya Pravda” xəbər saytının təsisçisi idi. Qonzadze o zaman prezident Leonid Kuçmanın hakimiyyəti dövrü korrupsiya halları ilə bağlı araşdıma aparırdı. Onun başsız cəsədi Ukrayna paytaxtı Kievdən kənarda meşədə tapılmışdı.

Gongadzenin həyat yoldaşının vəkili deyib ki, Pukaç bağlı qapılar arxasında keçirilən məhkəmədə cənab Kuçmanın və digər rəsmilərin jurnalistin öldürülməsi haqda əmr verdiyinə dair ifadə verib.

Cənab Kuçma ilə bağlı jurnalistin qətli ilə əlaqədar təhqiqat aparılsa da, ona qarşı ittihamlar sonradan qaldırılıb. Keçmiş prezident cinayətlə əlaqəsi olduğuna dair ittihamları rədd edib.
XS
SM
MD
LG