Accessibility links

Ukraynada hücuma məruz qalan jurnalist vəfat edib


Ukraynanın mərkəzi Çerkası şəhərində araşdırmaçı jurnalist naməlum şəxsin hücumundan altı həftə sonra vəfat edib.

Ukrayna Jurnalistlərinin Milli Birliyinin rəhbəri Serhiy Tomilenko iyunun 20-də Facebook-da yazıb ki, Vadim Komarov mayın 4-də aldığı yaralardan dünyasını dəyişib. Jurnalistə qarşı hücum araşdırılır.

“Çerkasıdakı jurnalistlər bu hücumun, indi isə qətlin əsas səbəbini Vadim Komarovun peşəkar fəaliyyəti ilə əlaqələndirirlər. O, bir çox yerli siyasətçiləri rahatsız edirdi. Çerkasıdakı korrupsiya ilə bağlı narahtedici suallar verirdi”– Tomilenko yazıb.

Tomilenkonun sözlərinə görə, jurnalistlər birliyi “Ukrayna jurnalistlərinin hüquqlarının sözdə deyil, əməldə qorunmasını tələb etməkdədir”.

Komarov Kiyevdən 200 km cənubda yerləşən Çerkasıda hücumdan sonra əməliyyat olunub, o vaxtdan komada idi.

Beynəlxalq media azadlığı təşkilatları Kiyevi hücumu hərtərəfli araşdırmağa, cinayətkarın cəzasız qalmamasını təmin etməyə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG