Accessibility links

Ukrayna koronavirus məhdudiyyətlərini avqustun 31-nə qədər uzadıb


Ukrayna hökuməti çərşənbə günü koronavirus pandemiyasına görə ümummilli məhdudiyyətləri avqustun 31-nə qədər uzadıb. Lakin bəzi regionlarda karantin rejimi yüngülləşdiriləcək.

Ukrayna mart ayından sərt məhdudiyyətlər tətbiq edbi və iqtisadiyyatı bərpa etmək məqsədilə may ayında məhdudiyyətləri qismən yüngülləşdirib.

Hökumət məhdudiyyətləri yenidən uzadaraq, insanların maska taxmasını, restoranlarda və ictimai yerlərdə normalara ciddi riayət etmələrini tələb edir.

Lakin son həftələr sürətlə artan yoluxma halları narahatlıqlara səbəb olub ki, bu da hökumət orqanlarının maska taxmaq və sosial məsafə saxlamaqla bağlı tələbləri dayandırması ilə əlaqələndirilir.

Prezident Volodimir Zelenskiy keçən həftə ukraynalıların məhdudiyyətlərdən bezdiyini və hökumətin avqust ayından sonra məhdudiyyətylərin uzadılması məsələsində ehtiyatlı olmalı olduğunu deyib.

Ukraynada koronavirusa 61 min yoluxma, 1534 ölüm halı qeydə alınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG