Accessibility links

Koronavirusa yoluxan Ukrayna prezidenti xəstəxanaya yerləşdirilib


Bu həftənin əvvəlində koronavirusa yoluxan Ukrayna Prezidenti Vladimir Zelenski və onun ofisinin rəhbəri xəstəxanaya yerləşdirilib.

Prezidentin məsləhətçisi Mixail Podolyak noyabrın 12-də “Ukrainska Pravda“ qəzetinə verdiyi müsahibəsində Zelenski və prezident aparatının rəhbəri Andriy Yermakın Kiyevin Feofaniya Klinik Xəstəxanasında müalicə edilildiyini deyib.

“Prezidentin konfrans keçirməsi üçün xəstəxanada xüsusi ofis quraşdırılıb. Bu gün o, çox sayda konfrans zənglər keçiibi" - deyə, Podolyak bildirib.

Podolyak Andriy Yermakın təcrid olunmuş bir palatası olduğunu deyib.

Reuters xəbər agentliyi Zelenskinin mətbuat katibinə istinadən "Prezident əvvəlcə evinə getdi, lakin sonra heç kimi yoluxdurmamaq və özünü təcrid etmək üçün Feofaniyaya [xəstəxanaya] getməyə qərar verdi" - deyə, bildirib.

Sözçü orada "Xəstələr üçün daha yaxşı şərtlər var. Ciddi bir şey yoxdur" - deyə, prezidentin vəziyyətinə toxunub.

Noyabrın 9-da Zelenskinin ofisi onun koronavirus testinin müsbət çıxdığını, lakin prezidentin özünü yaxşı hiss etdiyini və vəzifəsini özünü təcrid edərək, yerinə yetirməyə davam edəcəyini bildirmişdi.

Az sonra Yermak da koronavirus testinin müsbət olduğunu və özünü "yaxşı" hiss etdiyini açıqlamışdı.

Maliyyə və müdafiə nazirləri də daxil olmaqla, Ukraynanın digər yüksək vəzivəli rəsmilərinin də koronavirusa yoluxduğu bildiriib.

Səhiyyə orqanlarının noyabrın 12-də verdiyi məlumata görə, ölkədə son 24 saat ərzində koronavirusdan ölüm halları rekord həddə çataraq 198 nəfər, yoluxma halları isə 11 057 olub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG