Accessibility links

Ukraynada ilk koronavirusa yoluxma halı qeydə alınıb


Ukraynada ilk koronavirusa yoluxma halı qeydə alınıb. Martın 3-də bununla bağlı Ukraynanın Səhiyyə Nazirinin müavini Viktor Lyashko açıqlama verib.

"Dünən sizə dedim ki, şübhəli dörd nəfərimiz var, bu gün onlardan birində koronavirus olduğu təsdiqlənib" - deyə, o bildirib.

Səhiyyə Nazirliyinin məlumatına görə, xəstə Çernivtsi şəhərində yaşayır. Fevralın 29-da bu şəxs İtaliyadan Rumıniyaya uçub, burada isə maşına minərək Ukraynaya qayıdıb. Ukrayna sərhədində onu sanitariya nəzarəti altında saxlayıblar: xəstədə "qızdırma və quru öskürək" aşkar olunub.

Əvvəlcə onu evə aparıblar, sonra halı pisləşəndə onu xəstəxananın yoluxucu xəstəliklər şöbəsinə aparıblar.

"Bütün materiallar və nümunələr ÜST-nin virusoloji laboratoriyasına göndərilib. Hadisə Ukraynada qeydə alınıb və bu şəxslə əlaqədə olan insanları yoxlamağa başladıq" - deyə, Lyaşko əlavə edib.

Eyni brifinqdə səhiyyə nazirinin müavini Dmitro Lufer Ukraynada virus səbəbiylə təcili yardım çağırışlarına getmək qaydalarının müvəqqəti olaraq dəyişdiriləcəyini açıqlayıb. "Bir insanın yüksək hərarəti və koronavirus şübhəsi varsa, bu cür çağırışlara təcili yardım gəlməlidir. Həkimlərin evlərə getsin və insanların şəhər ətrafında səyahətə çıxmasın deyə indi mümkün yoluxmaları gözlədiyimiz vaxtda təcili yardım və həkim çağırış qaydalarını dəyişdirmək üzərində işləyirik."

Dünyada koronavirus COVID-19 ilə yoluxanların sayı 90 min nəfəri keçib. 80 mindən çox yoluxma Çində qeydə alınıb. Digər ölkələrdə bu virusa yoluxanların sayı 10 min nəfəri keçib.

XS
SM
MD
LG