Accessibility links

Ukraynanın şərqində unudulmuş məhbuslar


Ukraynanın şərqində unudulmuş məhbuslar
please wait

No media source currently available

0:00 0:02:51 0:00

Rusiya və Ukraynanın sülh müzakirələrinin bərpasını nəzərdən keçirdikləri bir vaxt, münaqişə səbəbi ilə ayrı düşən minlərlə insanın taleyi diqqət mərkəzindədir. Ukraynanın şərq bölgəsində yüzlərlə insan həbsdə saxlanılır, casusluq ittihamları ilə qətlə yetirilir, işgəncələrə məruz qalır.

Svetlana Timofeyeva artıq iki ilə yaxındır həyat yoldaşını görmür. O, hər gün yaxınlıqdakı kilsəyə gedib, yoldaşı Aleksandrın sağ evə dönməsi üçün dua edir.

Svetlana və onun ailəsi Kyivdən deyil. Onlar Donetsk şəhərində normal həyat sürürdü. Aleksandr ət kombinatında baş texnoloq işləyirdi.

2014-cü ildə müharibə başlandıqda rəqib döyüşçülər şəhəri ələ keçirir.

Alexandrın işi onu Kiyevə aparır. 2017-ci ilin dekabr ayında ailə bayram üçün vətənə qayıdır. Aleksandr orada ələ keçirilir.

"İki gündən sonra təhdidlər almağa başladım. Onlar mənə zəng edib 20 min dollar istədilər. Əks təqdirdə onu hissələrə parçalayacaqlarını dedilər" , Svetlana bildirib.

O, pul ödəməkdən imtina edir və öyrənir ki, əri döyüşçülərin bazasındadır.

"Atılmış bir zavodda Donetskin Xalq Respublikası Partiyası ölüm düşərgəsi açıb. İnsanlar orada qeyri-qanuni saxlanılır, vəhşicəsinə işgəncələrə məruz qalır. Mənim ərim də orada idi."

Svetlanaya həyat yoldaşının Ukraynaya casusluq etdiyində ittiham edildiyini söyləyiblər. O, bunu absurd adlandırıb. Donetskə qayıtdıqda oğlunu da döyüşçülərin ələ keçirmək istədiklərini öyrənir. Svetlananın yeni evi anası ilə bölüşdüyü kiçik bir mənzil olur.

Ötən ay Aleksandr 14 il azadlıqdan məhrum edilib. Svetlana YouTube-da onun qorxu dolu çapıqlı simasını gördükdə şoka düşdüyünü deyir.

Videoda Aleksandr casuluğunu etiraf edir. Hüquqşünaslar isə bunu zor tətbiqi ilə məcburu etiraf adlandırır. Onun etirafı kamera yanında tutulmuş yazıdan oxuduğunu görmək olur.

Son həftələr Rusiya və Ukrayna uzunmüddətli münaqişənin həlli məqsədi ilə əsirlərin mübadiləsinə dair səylərini bərpa edib.

"Təəssüflər olsun ki, bu iki ildə hökumətin nəzarətində olmayan Donbasdan hələ heç kəs azad edilməyib."

Ukrayna azad seçkilər müqabilində rəqiblərin əlində olan ərazilərə muxtariyyət təklif edir. Svetlana isə heç vaxt oraya qayıtmayacağını deyir.

Ukrayna və Rusiyanın nə kimi sülh əldə ediləcəyinə baxmayaraq, bir çoxları üçün həyat artıq heç vaxt normala dönməyəcək.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG