Ukrayna parlamenti ölkənin şərqindəki separatçı regionları ən yüksək statusa malik muxtariyyət verən və hökumət qüvvələrinə qarşı döyüşənlərin böyük əksəriyyətini əfv edən qanun qəbul edib.
Ukrayna prezidenti Petro Poroşenkonun irəli sürdüyü yeni qanun ölkəni parçalayan 5 aylıq münaqişəyə son qoymaq məqsədi daşıyır.
Ukrayna qanunvericiləri habelə Avropa Birliyi ilə iqtisadi və siyasi əlaqələrin genişlənməsinə dair razılığı da ratifikasiya edib.
Eyni Avropa Birliyinin qanununun keçən ilin noyabr ayında Kremlin dəstəklədiyi prezident Viktor Yanukoviç tərəfindən rədd edilməsi ölkədə kütləvi etirazlara yol açmışdı.