Accessibility links

Ukraynada qışın gəlişi ilə milyonlarla insanın acınacaqlı vəziyyətdə olduğu bildirilir


Birləşmiş Millətlər Təşkilatı xəbərdarlıq edir ki, Ukraynada qışın yaxınlaşması ilə ümidsiz vəziyyətdə olan 4 milyona yaxın insan kəskin soyuq aylarda sağ qalmaq üçün təcili humanitar yardıma ehtiyac duyur.

Ukrayna müharibənin dördüncü ilini yaşayır. BMT-nin hesablamalarına görə, bu müharibə nəticəsində 10,000-ə qədər insan həlak olub, 23,500-dən çox insan isə yaralanıb.

Kiyev höküməti və şərqi Ukraynada Rusiyanın dəstəklədiyini üsyançılar arasında münaqişəyə son qoyacaq hər hansı mümkün anlaşma prespektivi göz önündə deyil.

BMT-nin hesabatında bildirilir ki, münaqişə zonalarına yaxın yaşayan dörd milyona yaxın insanın qış aylarında qorunmaq üçün qida, tibbi yardım, sığınacaq, su və sanitariyaya ehtiyacları var.

BMT-nin sözçüsü Cen Laerke deyib ki, Ukraynada münaqişənin hər iki tərəfindən olan 1.2 milyona yaxın insan qida çatışmağı problemi yaşayırlar. Laerke əlavə edib ki, əsasən separatçı tərəfdə yaşayan 600,000-ə yaxın insan yaşayışları üçün həyati əhəmiyyətli olan pensiyalarını əldə edə bilmir.

Sözçü xəbərdarlıq edib ki, əlavə vəsaitlərin olmayacağı təqdirdə Ukrayada qış aylarında köməyə ehtiyac duyan milyonlarla insana yardım göstərmək mümkün olmayacaq.

XS
SM
MD
LG