Accessibility links

Yaponiya və Avstraliya Rusiyaya qarşı sanksiyalara qoşulur


Yaponiya və Avstraliya baş nazirləri Yoşihide Suqa və Skott Morrison. 17 noyabr, 2020. (Foto: Kiyoshi Ota/REUTERS)
Yaponiya və Avstraliya baş nazirləri Yoşihide Suqa və Skott Morrison. 17 noyabr, 2020. (Foto: Kiyoshi Ota/REUTERS)

Çərşənbə günü Yaponiya və Avstraliya Rusiyanın qonşu Ukraynadakı addımlarına cavab olaraq, ABŞ, Avropa İttifaqı, Kanada, Britaniya və Almaniyaya qoşularaq, Rusiyaya qarşı sanksiyalar elan edib.

"Avstraliyalılar həmişə zorakılığa qarşıdır və biz də bütün tərəfdaşlarımızla birlikdə Rusiyanın qarşısında dayanacağıq. Sanksiyaların davamını da gözləyirəm və bu, prosesin yalnız başlanğıcıdır,” Avstraliyanın Baş Naziri Skott Morrison jurnalistlərə açıqlamasında bildirib.

Avstraliyanın sanksiyaları Rusiyanın Təhlükəsizlik Şurasının üzvlərini hədəf alır. Yaponiya isə bəzi rusların aktivlərini dondurur və Yaponiyada Rusiya istiqrazlarının buraxılışını qadağan edir.

Ukraynanın Xarici İşlər Naziri Dmitro Kuleba Rusiya Prezidenti Vladimir Putinin “əlavə aqressiyasını” dayandırmaq üçün tez bir zamanda daha çox sanksiyaların qəbuluna çağırıb.

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba

Çərşənbə günü Kuleba tvitter səhifəsində yazıb: "İlk qəti addımlar dünən atıldı və biz buna görə minnətdarıq. İndi Putini dayandırmaq üçün təzyiq güclənməlidir. İqtisadiyyatını və yaxınlarını vur. Daha çox vur. Güclü vur. İndi vur."

Ukrayna ordusu çərşənbə günü Luqansk vilayətində rusiyapərəst separatçıların atəşi nəticəsində bir ukraynalı əsgərin həlak olduğunu, altısının yaralandığını bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə axşamı gecə video-müraciətində ölkə ordusunu sürətlə gücləndirmək zərurətini əsas gətirərək, ehtiyatda olan bəzi hərbi qulluqçuların orduya çağırılması haqqında sərəncam imzaladığını deyib.

“Ukraynalılar sülhsevər xalqdır və biz sakitlik istəyirik. Lakin bu gün sussaq, sabah yox olacağıq” - deyə, Zelenski bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski
Ukrayna Prezidenti Volodimir Zelenski

Ukrayna sərhədi boyunca 150 min əsgər toplayan və Ukraynanın şərqində, üsyançıların nəzarətində olan ərazilərin müstəqillliyini tanıdığı və rus qoşunlarını oraya göndərilmə əmri geniş qınağa səbəb olan Putin çərşənbə günü diplomatik həll yolu tapmağa həmişə hazır olduğunu bildirib. Lakin o deyib: "Rusiyanın maraqları və vətəndaşlarımızın təhlükəsizliyi bizim üçün müzakirə mövzusu deyil."

Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov və ABŞ Dövlət Katibi Antoni Blinken bu həftə böhranla bağlı danışıqlar aparmalı və Putinlə ABŞ Prezidenti Co Bayden arasında zirvə görüşünün əsasını qoymalı idi. Ancaq Putinin addımları bu səyləri puç etdi. Blinken çərşənbə axşamı deyib ki, Rusiya “açıq şəkildə diplomatiyadan tamamilə imtina etdiyini göstərdi”.

Çərşənbə axşamı Rusiya hökumətinin Ukraynadakı addımlarının "beynəlxalq hüququn kobud şəkildə pozulması" olduğunu deyən Bayden iki böyük banka qarşı sanksiyalar tətbiq edərək, onların beynəlxalq maliyyələşməsini kəsib.

Region mümkün qarşıdurmaya hazırlaşdığı üçün Bayden Avropanın başqa yerlərindən piyada qoşunlarının və hava dəstəyinin Rusiya sərhədlərinə yaxınlaşmasına göstəriş verib.

Bundan əlavə, Bayden “ABŞ-ın müttəfiqləri ilə birlikdə NATO ərazisinin hər qarışını müdafiə edəcəyinə dair aydın mesaj göndərmək” üçün Baltikyanı ölkələrə əlavə qüvvələr yerləşdirildiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG