Accessibility links

Donetsk şəhərinə atılan raket vurulub - 17 nəfər ölüb


"DXR" rəsmiləri Donetskin mərkəzinə raket zərbəsi endirildiyini bildirib. Zərbənin Universitetskaya və Artyom küçələrinin mərkəzi hissəsinə, Hökumət Evinin yanında endirildiyi bildirilib.

RİA Novosti xəbər agentliyi “DXR”in müdafiə qərargahına istinadən xəbər verib ki, hücum nəticəsində 17 nəfər ölüb, 28 nəfər yaralanıb.

Rusiyanın TASS xəbər agentliyinin müxbiri Ukrayna Silahlı Qüvvələrinə məxsus “Toçka-U” raketinin şəhərin səmasında vurulduğunu və raket parçalarının yerə düşməsi nəticəsində ölənlər olduğunu bildirib.

Donetsk meri Aleksey Kulemzin əvvəlcə RİA Novosti agentliyinə biri uşaq olmaqla, 20-dən çox insanın öldüyünü, 13 nəfərin yaralandığını deyib. Daha sonra qondarma "DXR" Səhiyyə Nazirliyi biri uşaql olmaqla, 16 ölü, 23 yaralanının olduğunu yazıb.

Qondarma “DXR”in başçısı Denis Puşilin zərbə endirilən zonanın yaxınlığında hərbi obyektlərin olmadığını deyib.

“Bura Universitetskaya və Artyom küçələrinin mərkəzi hissəsinə, Hökumət Evinin, inzibati binaların və çoxlu mülki obyektlərin yanıdır”- deyə, Puşilin əlavə edib. O, həmçinin raketin qadağan olunmuş klaster daşıdığını bildirib.

“Toçka” Sovet dövrünün taktiki raket sistemidir. İnterfaks təkmilləşdirilmiş raket sistemi “Toçka-U”-nun düşmən qoşunların yerüstü fəaliyyətlərini - kəşfiyyat və zərbə sistemlərini, komanda məntəqələrini, təyyarə və vertolyot dayanacaqları kimi mühüm hədəfləri məhv etmək üçün nəzərdə tutulub. Raketin atılma məsafəsi 120 km-ə qədərdir” - deyə, yazır.

Separatçı "DXR" və "LPR" hökumətləri fevralın əvvəlində, Rusiyanın Ukraynanı işğalından əvvəl Ukraynanın özünü müstəqil elan edən iki regionu atəşə tutduğunu və guya "təxribat" hazırladığını iddia edirdi. Bununla əlaqədar bu regionlar ümumi səfərbərlik elan edərək, qadınları, uşaqları, qocaları Rusiyaya aparmağa başlamışdı.

XS
SM
MD
LG