Accessibility links

Lvivin mərkəzində müharibə zamanı həlak olan uşaqların xatirəsinə 109 boş uşaq arabası qoyulub


Ukraynada boş uşaq arabaları müharibədə həlak olan uşaqların xatirəsini daşıyır

“Azadlıq” radiosunun Ukrayna xidmətinin bildirdiyinə görə, Lvivin mərkəzində Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri ölən uşaqların rəmzi olaraq, 109 boş uşaq arabası qoyulub.

Məlumatda deyilib ki, “Müharibənin bədəli” aksiyasının məqsədi uşaqların ölümünə diqqət çəkmək və Ukraynanın səmasını bağlamağa çağırış etməkdir.

Hromadske yazır ki, aksiyanı Lviv Şəhər Şurası təşkil edib. Onların hesablamalarına görə, müharibənin başladığından bəri keçən 22 gün ərzində 109 uşaq həlak olub.

Yerli vaxtla səhər saat 6:30 radələrində Lvivdə hava hücumu həyata keçirilib. Lviv Regional Dövlət Administrasiyasının rəhbəri Maksim Kozitski təyyarə təmiri zavoduna 4 raketin düşdüyünü, biir nəfərin yaralandığını bildirib.

Raketlər Qara dənizdən atılıb. Raketlərdən ikisi Ukraynanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.

BMT Rusiya fevralın 24-də işğala başlayandan bəri Ukraynada 726 mülki vətəndaşın öldürüldüyünü, 1000-dən çox mülki vətəndaşın yaralandığını təsdiqləyib. BMT həqiqi rəqəmlərin daha yüksək ola biləcəyini deyib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının bildirdiyinə görə, münaqişə 3,1 milyondan çox insanın qonşu Avropa ölkələrinə qaçmasına səbəb olub və daha 2 milyon insan Ukrayna daxilində didərgin düşüb.

XS
SM
MD
LG