Accessibility links

Rusiyanın Qara Dəniz Donanması komandirinin müavini Mariupol yaxınlığındakı döyüşdə həlak olub


Rusiyanın işğal etdiyi Sevastopol şəhərinin Kreml tərəfindən təyin olunan qubernatorunun bildirdiyinə görə, Rusiyanın Qara Dəniz Donanması komandirinin müavini Ukraynanın Mariupol liman şəhəri yaxınlığındakı döyüşdə həlak olub.

"1-ci dərəcəli kapitan Andrey Nikolayeviç Palıy [Mariupol yaxınlığında] döyüşlərdə həlak olub" - deyə, Mixail Razvojayev Telegram kanalında bildirib.

Məlumatlarda generalın 51 yaşı olduğu bildirilib.

Rusiya Hərbi Dəniz Qüvvələri məlumatla bağlı şərh verməyib.

Krım yarımadasının liman şəhəri Sevastopol Rusiyanın Qara dəniz Donanmasının bazasıdır. Krım 2014-cü ildə Rusiya tərəfindən ilhaq edilib.

Təsdiq olunarsa, bu, Ukraynanın işğalı zamanı Rusiyanın yüksək rütbəli hərbi zabitləri arasında daha bir ölüm hadisəsi olacaq.

Martın 19-da Ukrayna prezidenti Volodimir Zelenskinin müşaviri Rusiyanın 8-ci ordusunun komandanı, general-leytenant Andrey Mordviçevin Xerson şəhəri yaxınlığındakı Çornobaivka aerodromunda öldürüldüyünü iddia edib.

Ukrayna prezidenti generalın fevralın 24-də işğalın başlanmasından bəri öldürülən beşinci yüksək rütbəli zabit və belə qısa müddət ərzində hərbi rəhbərlik arasında misli görünməmiş sayda ölüm halı olduğunu bildirib.

İddiaları müstəqil şəkildə təsdiqləmək mümkün olmayıb.


XS
SM
MD
LG