Accessibility links

Rusiya ilə Ukrayna insidentə görə bir-birini günahlandırır


Rusiya ilə Ukrayna insidentə görə bir-birini günahlandırır
please wait

No media source currently available

0:00 0:02:44 0:00

Kiyevlə Moskva arasında gərginliyin artdığı bir vaxt Ukrayna parlamenti bazar ertəsi ölkədə hərbi vəziyyətin tətbiq edilməsi ilə bağlı səsvermə keçirib. Belə bir addıma səbəb Rusiyanın sahil mühafizə gəmilərinin bazar günü Qara dənizdə Ukraynanın üç hərbi gəmisini atəşə tutaraq, ələ keçirməsi olub.

Regionda onsuz da gərgin olan vəziyyət bazar günü Ukraynanın Qara dənizin Odessa limanından çıxan və Kerç boğazından keçərək, Azov dənizinin Mariupol sahilinə yola düşən üç gəmisinin Rusiya tərəfindən atəşə tutulmasından və gəmi heyətinin ələ keçirilməsindən sonra daha da gərginləşib.

Ukrayna gəmiləri atəşə tutulan zaman yaralanan 6 dənizçi və gəmi heyəti Rusiyada nəzarət altındadır. Ukrayna Rusiyadan onların dərhal azad edilməsini və geri qaytarılmasını tələb edir.

Bu durum Ukrayna prezidentinin ölkədə hərbi vəziyyətə çağırmasına səbəb olub. UKrayna prezidenti Petro Poroşenko: “Bir prezident və Ukrayna Hərbi Qüvvələrinin ali baş komandanı kimi mən konsitusiyaya uyğun borcumu yerinə yetirdim və noyabr ayının 28-i, səhər saat 9-dan etibarən ölkə boyu hərbi vəziyyətlə bağlı qərar verdim. Rusiya artıq 5 ildir bizim ölkəyə qarşı hibrid müharibəsi aparır, lakin Ukrayna hərbi gəmilərinə hücum etməklə, bu, yeni aqressiya mərhələsinə keçib.”

Parlament Poroşenkonun bu qərarını təsdiq edib. Kiyev belə bir addımın atılması qərarına 2014-cü ildə Moskva ilə Ukraynanın şərqi və Krımla bağlı münaqişədən bəri ilk dəfə gəlib.

NATO və onun Qərb tərəfdaşları Ukraynanı dəstəklədiklərini bildirib və Moskvanın bu addımını qınayıb. NATO-nun baş katibi Cens Stoltenberq: “Ukrayna gəmiləri və gəmi heyətinə hərbi qüvvədən istifadə üçün əsas yox idi. Buna görə də biz Rusiyanı ələ keçirdiyi Ukrayna dənizçilərini və gəmilərini tez bir zamanda azad etməyə çağırırıq. Biz sakitliyə və dözümlülüyə çağırırıq.”

Ukrayna Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının təcili iclasına çağırıb. ABŞ-ın təşkilatdakı səfiri Nikki Heyli həm prezident Trampa, həm də dövlət katibi Mayk Pensə bu vəziyyətlə bağlı məlumat verdiyini bildirib. “ABŞ Rusiyaya qarşı Krımla əlaqədar sanksiyalarını davam etdirəcək. Rusiya tərəfindən bu kimi gərginlik vəziyyəti daha da pisləşdirəcək. Beynəlxalq sülh və təhlükəsizlik naminə Rusiya qanunsuz hərəkətlərinə dərhal son qoymalı və bütün dövlətlərin naviqasiya hüquqları və azadlıqlarına hörmət etməlidir".

Rusiya isə Ukrayna gəmilərinin qəsdən onu provokasiya etdiyini deyib və prezident Poroşenkonun ölkədə hərbi vəziyyərt elan etməsini tənqid edərək, mart ayında keçiriləcək prezident seçkilərinə qədər populyarlığını artırmağa çalışdığını bildirib.

XS
SM
MD
LG