Accessibility links

Ukrayna xarici işlər naziri: Rusiyaya qarşı sanksiyalar effektivdir


Ukraynanın xarici işlər naziri ötən həftə Kanada və Avropa İttifaqının bu həftə açıqladığı qərarları alqışlayıb və onların beynəlxalq ictimaiyyətin Ukrayna ilə həmrəy olduğunu göstərmək və Rusiyaya açıq mesaj göndərmək üçün çox vacib olduğunu deyib.

“Rusiya vakuumda yaşamır, sanksiyalar effektivdir,” deyə cümə günü Amerikanın Səsinə müsahibəsində Pavlo Klimkin bildirib.

Cümə axşamı Avropa Şurasının prezidenti Donald Task təşkilata 28 üv ölkənin “Rusiyaya qarşı iqtisadi sanksiyaları uzatmağa razılaşdığını” elan edib.

Donald Task
Donald Task

Avropa İttifaqı sanksiyaları Rusiyanın çox istədiyi Avropa İttifaqı bazarlarına çıxışına məhdudiyyətlər tətbiq edir. İlk öncə bu məhdudiyyətlər “2014-cü ildə Krımın qanunsuz ilhaqı və qonşu suveren ölkədə məqsədli şəkildə sabitliyi pozmasına cavab olaraq tətbiq edilib.” Avropa İttifaqı bildirib ki, sanksiyalar məqsədlərinə nail olub-olmadığını yoxlamaq üçün mütəmadi olaraq “nəzərdən keçirilir.”

Bu həftənin əvvəli Kanada höküməti Ukraynanı Avtomatik Odlu Silahların Satıldığı Ölkələr Siyasına Ukraynanı əlavə edib və beləcə kanadalı şəxslər və şirkətlərə bəzi qadağan olunmuş odlu silahları və cihazları Ukraynaya ixrac etmək üçün icazə almağa imkan yaradır.

"Kanada və kanadalılar Ukrayna xalqının yanındadır və Ukrayna ərazi bütövlüyü və suverenliyini dəstəkləyir,” deyə Kanada xarici işlər naziri Kristia Friland elan edib.

Klimkin deyib ki, Qərb ölkələri “xüsusilə də Avropa artıq Rusiyanın Avropa müəssələrinə qarşı hibrid müharibə apardığını daha yaxşı anlayır.”

Donbas
Donbas

Beynəlxalq ictimaiyyət

O əlavə edib ki, bu səbəbdən “Rusiyay qarşı təzyiq artacaq və bu beynəlxalq ictimaiyyətin hədəfli sanksiyaları vasitəsilə ediləcək.”

Ukrayna Birləşmiş Ştatların Ukraynanın şərqində beynəlxalq sülhməramlı missiyasının mandatındada eyni həmrəyliyin sərgilənəcəyinə ümid edir.

Klimkin deyib ki, Rusiya Donbasdakı vəziyyəti düzüb-qoşmağa çalışır. Rusiya daha çox təxribatlar etməyə çalışır. Onların məqsədi aydındır: bu da Rusiyanın həmin ərazidəki protektoratını qoruyub saxlamaqdır ki, daha sonra “baxın, Ukraynadakı münaqişələr ölkədaxilidir.”

Birləşmiş Ştatlar Rusiyanın Ukraynadakı fəaliyyətini kəskin tənqid edir.

ABŞ dövlət katibi Reks Tillerson və Rusiyalı həmkarı Sergey Lavrov
ABŞ dövlət katibi Reks Tillerson və Rusiyalı həmkarı Sergey Lavrov

“Yeganə çətin əngəl”

Dövlət katibi Reks Tillerson bu yaxınlarda Avropaya səfəri zamanı administrasiyanın məyusluğunu dilə gətirib.

“Prezident Tramp kampaniyası boyu Rusiya və Birləşmiş Ştatların münasibətlərinin daha yaxşı olmalı olduğuna inanırdı və deyirdi ki, bu iki ölkə kimi qüdrətli ölkələnin münasibətləri daha müsbət olmalıdır”, deyə Tillerson Vyanada ikən bildirib.

“Bir ölkə başqa ölkəni işğal etdiyində buna etinasızlıq göstərmək olmaz. Biz başından etibarən Rusiyaya aydın bildirmişik ki, biz Ukraynadakı məsələyə müdaxilə etməliyik. Bu, bizim Rusiya ilə münasibətlərimizi yaxşılaşdırmağımıza əngəl olan ən çətin məsələdir”, deyə o əlavə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın Zaporijye bölgəsinə raket zərbəsi endirib
please wait

No media source currently available

0:00 0:12:04 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG